30.01.2014 [09:08] - Xəbərlər, Sosial
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin bütün istismar idarələri hava şəraitinin mümkün pisləşməsi ilə əlaqədar zəruri material və mexanizmlərlə təmin edilib. Bunu ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Yollarda problemlərin aradan qaldırılması məqsədi ilə lazımi material ehtiyatı da hazırlanıb. ASC sərəncamında olan yollara nəzarəti həyata keçirir.
Qeyd edək ki, yanvar ayının 30-dan başlayaraq həftənin sonunadək hava şəraitinin ölkə ərazisində gündən-günə kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir.
Məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında yanvarın 30-da axşam və yanvarın 31-də 1-3, fevralın 1-2-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Bu xəbər oxucular tərəfindən 762 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |