Şrift:
Bağdadda baş verən terror aktları ən azı 19 nəfərin ölümünə səbəb olub
30.01.2014 [09:41] - Gündəm, Hadisə
Yanvarın 29-da Bağdadda baş verən terror aktlarında ən azı 19 nəfər ölüb.

RBK-nin verdiyi xəbərə görə, “Iraq Body Count” hüquq müdafiə təşkilatının məlumatına əsasən, son ay ərzində terror aktlarının qurbanlarının sayı min nəfərə çatmaqdadır.

Ötən gün paytaxtın Şula rayonunda ikiqat partlayış 7 nəfərin həyatına son qoyub. Yeni Bağdad ərazisində minalanmış avtomobilin partladılması nəticəsində daha 5 nəfər ölüb. Talibiyada 4 dinc sakin, əsas etibarilə xristianların yaşadığı Kamp-Sara məhəlləsində isə üç nəfər güllələnib.

Xalqa ənənəvi illik müraciətində İraqın baş naziri Nuri Əl-Məliki ölkədə baş verən yeni zorakılıq dalğasının yayılmasını qonşu Suriyada şiddətlənən vətəndaş müharibəsi ilə əlaqələndirib.

İraqda zorakılıq son 5 il ərzində ən yüksək səviyyəyə çatıb. BMT-nin məlumatına görə, 2013-cü ildə ölkədə 9 minə yaxın insan həlak olub.
Bu xəbər oxucular tərəfindən 902 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed