Şrift:
Barak Obama İrana şərt qoyur
31.01.2014 [10:32] - Güney Azərbaycan xəbərləri, Siyasət
Yanvarın 28-i ABŞ Konqresində çıxış edən prezident Barak Obama İranın nüvə problemindən və onun həlli məsələsindən danışıb.
Obama deyib ki, Cenevrədəki nüvə razılaşmasından sonra İranın nüvə probleminin həlli üçün əlverişli şərait yaranıb: “Bu gün İranın nüvə probleminin müharibəsiz həlli üçün fürsət var. İran yaranmış bu fürsətdən istifadə etməsə, mən bu ölkəyə sanksiyaların daha da gücləndirilməsini tələb edən ilk şəxs olacağam. Əgər İran rəhbərləri problemin həlli üçün bu fürsətdən istifadə edə bilsələr, o zaman onlar dünya birliyinə qayıtmaq üçün mühüm addım atmış olacaqlar. Belə olan halda isə biz dövrümüzün təhlükəsizliklə bağlı ən mühüm problemlərindən birinin həllinə nail olmuş olacağıq”.

5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya), eləcə də Avropa Birliyi rəsmiləri ilə razılaşmasına əsasən, Tehran 6 ay ərzində bəzi nüvə təsisatlarında işləri məhdudlaşdırmalı, obyektlərə Beynəlxalq Atom Enerjisi Agentliyi təmsilçilərinin gündəlik girişinə icazə verməli, Ərak reaktorunun fəaliyyətini dayandırmalı, 20 faiz dərəcəsində zənginləşdirilmiş 200 kiloqram uranı məhv etməlidir. Öhdəliklərə əməl olunsa, 6 aydan sonra İrana beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı və daha uzunmüddətli razılaşma imzalanmalıdır.
Bu xəbər oxucular tərəfindən 892 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed