02.12.2011 [18:30] - Hadisə
Bakıda oğlan sevdiyi qızı və özünü odlu silahla vurub.
Bakının Nizami rayon prokurorluğundan verilən məlumata görə, saat 15:00 radələrində 238 saylı məktəbin arxasında Ramin Əsgərov odlu silahla əvvəlcə sevdiyi qızı - Aytən Şahbazovanı, sonra isə özünü vurub.
Məlumata görə, Şahbazova hadisə yerində keçinib, Əsgərov isə yaralı vəziyyətdə xəstəxanaya aparılıb.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı araşdırmaya başlanılıb.
3 saylı şəhər Klinik Xəstəxanasından bildirilib ki, Əsgərov həmin xəstəxanaya yerləşdirilib, hazırda əməliyyatdadır.
Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti ağırdır.
Nizami rayon prokurorluğundan bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) və qanunsuz olaraq odlu silah saxlama, daşıma (228.1-ci) maddələri ilə cinayət işi başlanıb.
Məlumata görə, Əsgərov Şahbazovaya aşiq olsa da, qız onun sevgisini qəbul etməyib. Hadisə də bu səbəbdən baş verib.

Bu xəbər oxucular tərəfindən 1096 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |