Şrift:
Həbib Ələkbərsoy Federasiyadan istefa verdi
31.01.2014 [13:38] - Gündəm, İdman
Azərbaycan Sayokan İdman Federasiyasının prezidenti Vasif Namazovdan sonra Federasiyanın İdarə Heyətinin üzvü Həbib Ələkbərsoy da vəzifəsindən istefa verib.

“Qafqazinfo” xəbər verir ki, o, Azərbaycan Sayokan Federasiyasının İdarə Heyətinə göndərdiyi müraciətdə İdarə Heyətinin üzvlüyündən imtina etməsi barədə məlumat verib.

Qeyd edək ki, bir necə gün əvvəl Sayokan Türk döyüş sənətinin Azərbaycanda yaradıcısı, Azərbaycan Sayokan Federasiyasının prezidenti və Sayokan Dünya Federasiyasının Azərbaycan təmsilçisi Vasif Namazov hər iki vəzifəsindən istefa verib. Bunun ardınca isə, Azərbaycanın ilk sayokançılarından olan və ictimayiətdə tanınmış sima olan Həbib Ələkbərsoyun istefası Sayokana dəymiş növbəti ağır zərbə hesab olunur və ümumiyyətlə bundan sonra Sayokandan istefaların və qopmaların geniş vüsət alacağı gözlənilir.

Əldə etdiyimiz xəbərdə bildirilir ki, Həbib Ələkbərsoy Sayokana ünvanladığı müraciətdə istefasına səbəb kimi olduqca ciddi arqumentlər gətirib. Lakin, bu barədə jurnalistin sualına cavab vermək istəmədiyini bildirib. O, Sayokançılara və xüsusən Vasif Namazova olan sayğısına görə istefasına səbəb olan məsələləri ictimayiləşdirmək istəmədiyini bildirib.
Bu xəbər oxucular tərəfindən 892 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed