31.01.2014 [19:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin Güney Azərbaycan və İranda bu həftəylə bağlı həftəlik icmalı
Güney Azərbaycanda M.Ə. Rəsulzadənin həyatını əks etdirən kitablar yayıldı
Güney Azərbaycanda M.Ə Rəsulzadənin həyatını əks etdirən kitablar yayılıb.Güney Azərbaycan Milli Hərəkatından davam.az saytına daxil olan məlumata əsasən bu gün 31 yanvar 2014-ci il şərqdə ilk demokratik cümhuriyyətin banisi olan unudulmaz öndərimiz məhəməd əmin Rəsulzadənin anadan olmasının 130 ili tamam olur.
Bu münasibətlə Güney Azərbaycan Milli Hərəkatının təşəbüsü ilə Güney azərbaycanın əksər şəhərlərində minlərlə tirajda Məhəmməd Əmin Rəsulzadənin həyat fəaliyyətini əks etdirən kitablar yayılıb.
Yayılan kitablarda mərhum öndərimizin ictimai-siyasi fəaliyyiəti və yaxın silahdaşları haqda geniş məlumat verilib.
Kitablarda əlavə olunub ki,bu gün dünya devlətləri arasında dalğalanan üçrəngli bayraqımız və qısa zaman içində böyük nailiyyətlərə imza atan Quzey azərbaycan Respublikası 1991-ci ildə Bötöv Azərbaycan Milli Azadlıq Hərəkatının öndəri mərhum Əbülfəz Elçibəyin rəhbərliyi ilə yenidən bərpa olub.
Kitabın sonunda M.Ə Rəsulzadənin məşhur kəlamları qeyd olunub.
BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ
Urmiyənin millət vəkili: Urmu gölünün nicatı üçün heç bir əməli tədbir alınmayıb
Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili hökumətin Urmu gölünə laqeyd münasibətindən danışıb. Cavad Cahangirzadə deyib:
“11-ci dövlətin (Ruhani hökuməti) ömründən 5 ay keçir, ama Urmu gölü hələdə qurumaqda davam edir.
Prezidentin birinci müavininin Urmu gölü məsələsini üzərinə götürməsi, prezident tərəfindən müsbət hərəkətdir, ama Enerji nazirliyi Urmu gölünü qurtarmaq üçün heç bir əməli tədbir almayıb və bu vəziyyətdən dolayı Urmu gölündə ağır şərait davam edir.”
Qeyd edək ki, azərbaycanlıların apardığı bütün mücadiləyə baxmayaraq Urmu gölü getdikcə qurumaqdadır. Buna səbəb İran rejiminin bu günə qədər problemə çözüm tapmaq əvəzinə gölə axan çayların üstündə sədd vurmaq kimi yalnış layihələridir. Şərhçilərin fikrinə görə, Urmu gölünün qurudulması azərbaycanlıların bu bölgədən məcburi köç etməsinə yönəlib.
Artıq sözü gedən gölün 80 faizi quruyub.
İran qanunlarının 90%-dən çoxu insan hüquqları bəyannaməsinə ziddir
İranda cari qanunların 90%-dən çoxu 1948-ci ildə onaylanmış 30 maddəlik insan hüquqları bəyannaməsinə ziddir. Bu barədə vaxtı ilə Təbrizdə özü də İran təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanan azərbaycanlı vəkil Musa Bərzin Xəlifəlu danışıb.
Vəkilin dediyinə görə, İran qanunlarının böyük əksəriyyətinin insan hüquqlarına qarşı olması dünya görüşü, ideoloji və hökumətin legitimliyinin mənşəsinə olan baxışdan irəli gəlir. İran və bir sıra şərq ölkələrində hökumətlər öz legitimliklərini əhalidən deyil səmavi mənşədə alırlar. Ona görə də əhaliyə cavabdeh olmaqdan özlərini azad bilirlər. Hətta İranın dini lideri Əli Xamenei çıxışlarının birində deyib: “Biz kiminsə qarşısında cavabdeh deyilik, biz ancaq ALLAHın qarşısında məsuliyyət daşıyır və cavabdehik”.
Bütün bunlar götərir ki, əgər İran dəyişmək istəyirsə bu dəyişiklik olduqca təməldən olmalıdır. Əks halda partiyaların formalaşması, siyasi fəaliyyətlər, namzədlərin qeydə alınması, qadın haqları, kişi və qadın münasibətləri, uşaq haqları, işçi və sahibkar hüququ, məhkəmə sistemi, ölkədə milli-mədəni haqlar və s. kimi sahələrdə dəyişiklik etmək mümkün olmaz.
İran Ali Məhkəməsi Yeni GAMOH təşkilatının üzvlərinin kasasiya şikayətini rədd edib
İran Ali Məhkəməsi Yeni GAMOH təşkilatının üzvlərinin barələrindəki ağır həbs cəzalarının ləğv edilməsi ilə bağlı kasasiya şikayətinə baxıb.
Güney Azərbaycan Milli Hərəkatından davam.az saytına daxil oloan məlumata, məhkəmə azərbaycanlı fəalların etirazını rədd edərək aşağı instansiyanın qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində, doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində, Behbud Quluzadəni isə fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib. L.Həsəni Yeni GAMOH təşkilatının sədri, digərləri isə həmin qurumun Mərkəzi Komitəsinin üzvüdür. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq, onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Azərbaycanlı fəallar barələrində çıxarılmış hökmü ədalətsiz hesab edərək ötən ilin iyulunda bir aya yaxın aclıq aksiyası keçiriblər. Ancaq onların tələbləri yerinə yetirilməyib, əvəzində iyulun 20-də Təbriz şəhərinin mərkəzi həbsxanasından Kərəc şəhərinin Rəcayişəhr zindanına köçürülüblər.
Belçikada təhsil alan Güney azərbaycanlı öyrənci İran rejimi tərəfindən 10 il həbsə məhkum edilib
Belçikada doktorluq mərhələsində təhsil alan Güney azərbaycanlı öyrənci Həmid Babai İran rejimi tərəfindən 10 il həbsə məhkum edilib.
Azərbaycanın Tikantəpə şəhərindən olan Babai İrana dönən kimi tutulub və rejimin qondarma ittihamlar əsasında qərar çıxaran məhkəməsində 10 il həbsə məhkum edilib. Rejimin İnqilab Məhkəməsinin 15-ci şöbəsinin hakimi Sələvati heç bir sübut olmadan fəala casusluq və düşmən dövlətlərlə əməkdaşlıq ittihamı vurub.
Güney azərbaycanlı fəalın ailəsi təhdid olunub
Güney Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan Cavad Fəthinin ailəsi təhdidə məruz qalıb.
İran Kəşfiyyat Nazirliyinin Şəbüstər şöbəsinin əməkdaşları yanvarın 25-i, 26-sı və 27-də Cavad Fəthini tutmaq üçün onun atası evinə gəliblər. Cavad özü evdə olmayıb. Onun yerini öyrənmək üçün ailəsinə, eləcə də yaşlı xəstə anasına təzyiq göstərilib, təhqir və təhdidlər edilib. ETTELAAT əməkdaşları azərbaycanlı fəalın anasını təhdid edərək deyiblər ki, Cavad Fəthi milli zəmində apardığı fəaliyyəti ilə bağlı ifadə vermək üçün ETTELAAT şöbəsinə gəlməlidir, əks təqdirdə onlara qarşı ciddi tədbir görüləcək.
Evdə yoxlama aparan ETTELAAT əməkdaşları onların kobud rəftarına etiraz bildirdiyinə görə Cavad Fəthinin ailə üzvlərinə, eləcə də anasına qarşı nalayiq ifadələr işlədiblər.
Cavad Fəthi hökumətin Urmiya gölünün qurumasına laqeyd münasibətinə etiraz olaraq keçirilən toplantılara qatıldığına görə indiyədək bir neçə dəfə tutulub və hər dəfə mülk girovu qarşılığında azadlığa buraxılıb.
ETTELAAT-ın təcridxanasında saxlanılan Güney azərbaycanlı fəal Təbrizin mərkəzi həbsxanasına köçürülüb
İranda tanınmış azərbaycanlı fəalın həbs yeri dəyişdirilib.Məlumata görə, 57 gündür İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin təcridxanasında təkadamlıq kamerasında saxlanılan Rəsul Rəzəvi şəhərin mərkəzi həbsxanasına köçürülüb.
Qeyd edək ki, ETTELAAT əməkdaşları azərbaycanlı fəalı ötən il dekabrın 4-də səhər saatlarında ata evində həbs ediblər. Ertəsi gün isə evdə yoxlama aparılıb, R.Rəzəviyə məxsus kitablar və bir sıra digər şəxsi əşyalar götürülüb. Azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı bilinməsə də, onun həbsə salınması Urmiya gölünün qurumasına etiraz toplantılarına qatılıb çıxışlar etməsi və ötən il Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin “Traktorsazi” və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “əl-Cəzirə” futbol komandaları arasında keçirilən görüşdə “Güney Azərbaycan İran deyil!” şüarı yazılmış banner qaldırması ilə əlaqələndirilir. R.Rəzəvinin istintaq zamanı ağır psixi və fiziki işgəncələrə məruz qaldığı bildirilir. R.Rəzəvi bundan əvvəl 2010-cu il aprelin 2-də Urmiya gölünün qurumasına etiraz olaraq keçirilmiş aksiyada iştirak etdiyinə görə Şəhid Kələntəri körpüsündə yüzdən çox azərbaycanlı fəalla birgə həbs edilib. O, 2011-ci ilin oktyabrında işdən evə qayıdarkən ETTELAAT əməkdaşları tərəfindən tutulub və 16 gün saxlanıldıqdan sonra 30 milyon tümən qarşılığında Təbriz şəhərinin mərkəzi həbsxanasından müvəqqəti azadlığa buraxılıb.
Güney Azərbaycanlı incəsənət xadimi ETTELAAT-a çağırılıb
Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, incəsənət və teatr xadimi Bəhaəddin Kərəmi milli zəmində apardığı sivil fəaliyyətinə görə İran Kəşfiyyat Nazirliyinə (ETTELAAT) çağırılıb.
Yanvarın 26-da ETTELAAT-ın Tikantəpə şöbəsindən azərbaycanlı incəsənət xadiminə zəng vuraraq ondan apardığı fəaliyyətləri ilə bağlı ifadə vermək üçün ETTELAAT-a gəlməsini tələb ediblər.Azərbaycanlı incəsənət xadiminin konkret nədə günahlandırıldığı bilinməsə də, onun ETTELAAT-a çağırılması onun son vaxtlar Azərbaycan türkcəsində bir neçə tamaşanı səhnələşdirməsi və milli teatrı təbliğ etməsi ilə əlaqələndirilir.
Güney azərbaycanlı məhbus fəal 4 günlüyə evə buraxılıb
Güney Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə 8 aydır zindanda saxlanan fəal Mehdi Kuxiyan xəstəliyi ucbatından evə buraxılıb.Fəal Marağa şəhərinin zindanında ağır psixi və fiziki işgəncələrə məruz qoyulduğundan mədəsində, ağciyərində və böyrəklərindəki nasazlıqdan əziyyət çəkir. O, şəhər xəstəxanasında müalicə almaq üçün yanvarın 25-də 4 günlüyə evə buraxılıb.
“Facebook”da hakimiyyəti tənqid edən yazılarına görə 2013-cü ilin yanvarında Mələkan şəhərində tutulan fəal az sonra mülk girovu qarşılığında azadlığa buraxılıb. Marağa məhkəməsi fəalı “Facebook”da dövlət quruluşuna qarşı təbliğatda günahlandıraraq ona 8 il şərti həbs cəzası kəsib. O, “Facebook”da fəaliyyətini davam etdirdiyinə görə 2013-cü il mayın 25-də yenidən tutulub.Fəal bundan əvvəl də üç həftəliyə azadlığa buraxılmış, Təbriz xəstəxanalarında müalicə almışdı.
İran Azərbaycanında ortaq əməkdaşlıq komitəsi yaradılıb
Xəbər agentlikləri İranda Azərbaycan vilayətlərinin dördü arasında ortaq əməkdaşlıq komitəsinin yaranması ilə bağlı məlumat yayıb.
Zəncan, Ərdəbil, Qərbi Azərbaycan və Şərqi Azərbaycan valilərinin təşəbbüsü ilə təşkil olunan komitənin bu vilayətlərdə inkişaf proqramlarını sürətləndirmək məqsədi ilə fəaliyyət göstərəcəyi bildirilib.
Ortaq komitə ilə bağlı yarı-rəsmi Mehr xəbər agentliyinə məlumat verən Zəncan valisi Cəmşid Ənsarinin sözlərinə görə, komitə bu vilayətlər arasındakı bənzərlikləri diqqətə alaraq təşkil olunub. Vali həmçinin bu dörd vilayətdə ölkədəki milli gəlirdən istifadə payının aşağı səviyyədə olduğunu bəyan edib.
Onun dediklərinə görə, dörd vilayətin İranın milli gəlirindən səhmi 6 faizdən aşağıdır. Mehr xəbər agentliyi yaydığı xəbərdə adları çəkilən vilayətləri “ölkənin şimal-qərb vilayətləri” olaraq təqdim edib. Pəhləvilər və İran İslam Respublikası dövrlərində inzibati bölmələrin dəyişdirilməsi ilə birlikdə Azərbaycan bölgələrində təşkil olunan yeni vilayətlər üzərindən Azərbaycan adı götürülüb.
Adətən Zəncan, Ərdəbil, Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətlərindən əlavə Həmədan və Qəzvin vilayətləri, habelə bir neçə başqa vilayətdə yerləşən bəzi şəhərlər İranın Azərbaycan bölgələri olaraq tanınır. İran dövlətinə bağlı “Ümumi Mədəniyyət Şurası”nın göstəricilərinə görə bu altı vilayətdə yaşayan əhalinin əksəriyyətini türklər təşkil edir.
Tehran millət vəkili: “Ana dilində təhsil birliyi pozar”
Tehran millət vəkili Zöhrə Təbibzadə ana dilində təhsil ilə bağlı irəli sürülən təkliflərin məntiqsiz və absurd olduğunu, həmçinin vahid dil siyasəti nəticəsində yaranmış birliyin pozulması və ağır maliyyə yükünün gətirilməsinə səbəb olacağını qeyd edib.
İran parlamenti Təhsil və Araşdırma Komissiyasının üzvü bu sözlərlə ana dilində təhsil haqqı ilə bağlı vədlər verən prezident Həsən Ruhaninin İranın qeyri-fars etnik qruplar və dini azlıqlarla bağlı məsələləri üzrə yardımçısı Əli Yunesiyə münasibət bildirib.
“Ana dilində təhsil ilə bağlı verilən vədlər populist sözlərdir və muxtəlif etnik qrupları razı salmaq üçün söylənilib... Bunun icrası əməldə mümkün deyil... Birliyimizin bütün sahələrdə təmin olunması sadəcə milli dilimiz Farscanın vasitəsilə mümkün olar,” deyə Təbibzadənin sözləri İran İslami Şura Məclisinin mətbuat orqanı olan Millətin Evi xəbər agentliyində əks edilib.
Bunula yanaşı İranın Fars Dili və Ədəbiyyatı Mədəniyyət Evi və kütləvi informasiya vasitələri (KİV) qeyri-fars dillərinin qövmlərə tədrisinə kəskin etiraz ediblər. Həddad Adilin başçılıq etdiyi və Xamneyinin birbaşa nəzarətində olan fars millətçiliyinə qulluq edən mədəniyyət evi yanvarın 27-də qeyri-farsların öz dillərində təhsil məsələsinə münasibət bildirib. Mədəniyyət evinin millətçi üzvlərinin hamısı insanları təbii və ilkin haqqı olan ana dili məsələsini fars dilinə ciddi təhdid kimi qələmə verərək, bu haqlı məsələni qurqu adlandırıblar. Halbuki, elə həmin qeyri-fars millətlərin büdcəsi hesabından hər il milyardlarla büdcəni irqçi məqsədlərlə fars dilinin dünyada yayılmasına və qeyri-fars millətlərin dilinin məhvinə xərcləyirlər. İran mətbuatını idarə edən millətçi farslar da “İran” və “Qanun” qəzetlərində Həsən Ruhaninin qeyri-fars millətlərin ana dilində özlərinə tədrislə bağlı vədlərini tənqid atəşinə tutub və başqa millətlərin öz dilində təhsil kimi təbii haqqından məhrum edilməsini dəstəkləyiblər. Həmin qəzetlərdə çap edilən iki məqalədə qeyri-fars millətlərin dilində təhsil məsələsi İranda birliyə qarşı təhdid kimi dəyərləndirilərək tənqid edilib.
Həmçinin Tehranın millət vəkili Zöhrə Təbibzadə ana dilində təhsil ilə bağlı irəli sürülən təkliflərin məntiqsiz və absurd (puç) olduğunu, həmçinin vahid dil siyasəti nəticəsində yaranmış birliyin pozulması və ağır maliyyə yükünün gətirilməsinə səbəb olacağını qeyd edib.

Xatırladaq ki, Görünür Tehranın millət vəkili İranın bəzi rəsmiləri o cümlədən ali dili lider Əli Xamneyinin bundan öncə deyilən sözlərini unudub vəya bütün deyilənlərin yalan olduğunu bilir. İran rəsmiləri bəzən ölkə məngənəyə düşdüyü zaman və onlara sərf etdiyi şəraitdə iranlıların birliyinin fars dili ilə deyil, islamla təmin olduğunu bildirirlər. Hətta Əli Xamneyi bu barədə açıq-aşkar fikirlər səsləndirib. Görünür ki, İranda yaşayan millətləri idarə etmək üçün lazım gəldikdən istənilən üsüldan istifadə edirlər və millət vəkilindən bundan yaxşı xəbəri var.İran rejiminin bütün orqanları kimi İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) da fars dilinin keşyində durub.
SEPAH-ın mədəni-ictimai şöbəsinin sədr müavini Həmidrza Müqəddəm Bəsic xəbər agentliyi ilə danışıqda fasr dilinin dirçəldilməsi zərurətindən danışıb.
H.Müqəddəm son 35 ildə fars dili ilə bağlı bir növ qəflət yaşandığını bildirərək, bu müddətdə düşmənin fars dilinə zərbə vurduğunu qeyd edib. O, fars dilinin dirçəldilməsi prosesini çətin ama mümkün sayıb.
SEPAH rəsmisi xarici dillərin öyrənilməsi nəticəsində fars dilinin gələcək nəsillər arasında unudula biləcəyindən narahatlığını da bildirib və bu zəmində məsulların qəflətdə olduğunu sərt tənqid edib.
O, “fars dilini qorumağı” SEPAH və Bəsic qüvvələrinin əsas vəzifələrindən bir kimi təqdim edib.
Qeyd edək ki, İranın dini-siyasi ideolojisinin qoruyucusu olan SEPAH o halda fars dilinin müdafiəsinə qalxır ki, bu ölkədə qeyr-fars dilləri o cümlədən türk dilinin inkişafı üçün nəinki dövlət tərəfindən heç bir vəsait ayrılmır, hətta dövlət zərbəsi altında yox olmaq təhlükəsi ilə üz-üzədir. Bu vəziyyət dövlətin tətbiq etdiyi qadağalar nəticəsində biraz da mürəkkəbləşib. Ana dilinin müdafiəsi uğrunda Könüllü olaraq istənilən mədəni fəaliyyət isə dövlətin qəzəbinə səbəb olur və hazırda çoxsaylı milli-mədəni fəalın İran zindanlarında həbs edilməsi buna nümunədir.
İranlı molla konsertlərə qadın çalğıçıların buraxılmamasını tələb edir
İranın Dezful şəhərinin cümə namazının rəhbəri axund Məhəmmədəli Qazi Dezfuli qatıldığı bir toplantıda çıxış edərək konsertlərə qadın çalğıçıların dəvət olunmasına qarşı çıxıb.
Axund Məhəmmədəli Qazi Dezfuli deyib ki, konsertlərdə qadın çalğıçıların çıxış etməsi yolverilməzdir: “Dezful şəhərinin din xadimləri və ruhaniləri yaxın günlərdə şəhərdə konsert keçiriləcəyi xəbərindən ciddi narahat olublar. Şəhərdə ənənəvi muğam konsertləri keçirilir. Bu, problem deyil. Amma hesab edirik ki, bu konsertlərdə qadın çalğıçıların çıxış etməsinin qarşısı alınmalıdır”.
Fevralın 6-7-də Dezful şəhərində “Sepid və siyah” (“Ağ və qara”) musiqi qrupunun konsert verəcəyi gözlənir.
İran rejimi daha 2 Ərəb milli fəalı edam etdi
İranın Xuzistan əyalətinin Ramşir şəhərində yerli ərəblərin milli və dini hüquqları uğrunda mübarizə aparan fəallar Hadi Raşidi və Haşım Şəbani edam edilib. Dar ağacından asılan hər iki məhbus müəllim olub.
3 il əvvəl təsis edilən və İran ərəblərinin milli hüquqlarının təbliği ilə məşğul olan “Əlhəvar” (dialoq) təşkilatının üzvləri olan Haşım Şəbani və Hadi Raşidi ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, separatizmdə və Allaha qarşı mübarizə aparmaqda təqsirli bilinərək edama məhkum ediliblər. Onlara hökm 2012-ci ilin iyununda çıxarılıb.
İranda daha 8 nəfər edam olunub
Məhbuslardan yeddisi narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq Əlborz vilayətində, biri isə qətldə ittiham edilərək Ərdəbil vilayətində asılıb.Əlborz vilayətində edam olunanların ad və soyadları da açıqlanıb. Bunlar Bəhram Soltani, Möhsün Davudi, Hadi Beygi, Meysəm Haci, Feyz Məhəmmədi Sabirzehi, Nəzərəli Fəkuk və Yunis Kərəmidir. Ümumiyyətlə, İranda edamların 50%-i narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə həyata keçirilir və bu da həmişə beynəlxalq hüquq müdafiə təşkilatlarının etirazı ilə qarşılanır.Ərdəbil vilayətində dara çəkilən məhbusun isə yalnız ad və soyadının baş hərfləri açıqlanıb. Vaxtilə yoxsulluq səbəbindən böyrəyinin birini satmaq məcburiyyətində qalmış və adi fəhlə olan həmin şəxsin bir qızı qətlə yetirdiyi bildirilir. Məhbusun ailəli və bir qızı olduğu qeyd edilib.Qərarlar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 26-də səhər saatlarında Kərəc şəhərinin Qızılhasar həbsxanasında və yanvarın 27-də səhər saatlarında Meşkinşəhr (Xiyov) zindanında icra olunub.
Tehranda yerli və erməni futbolçular arasında əlbəyaxa dava düşüb
İranın futbol üzrə ölkə çempionatının 24-cü həftəsi çərçivəsində Tehranın “Perspolis” və İsfahanın “Zob ahən” klubları arasında keçirilmiş oyundan sonra əlbəyaxa dava düşüb.
Yerli mənbələrimizin verdiyi məlumata görə, Tehranın “Azadi” stadionunda baş tutan qarşılaşmada paytaxt komandasının bir xalla kifayətlənməsi əsəbləri tarıma çəkib.
Görüş 1:1 hesabı ilə başa çatdıqdan sonra “Perspolis”in üç futbolçusu mətbuat konfransı keçirilməsi üçün ayrılmış ərazinin arxasında bir-birinə giriblər. Onların arasında paytaxt klubunun İran ermənilərindən olan oyunçusu Andranik Teymuriyan da olub. Mübahisə edən Qasım Həddadifər, Məhəmməd Xanzadə və A.Teymuriyan ardınca əlbəyaxa davaya keçiblər və bir-birinə qarşı fiziki güc tətbiq ediblər. Bunu eşidən rəqib komandanın futbolçusu Möhsün Bayatiniya müsahibəsini yarımçıq kəsmək məcburiyyətində qalıb. İran polisinin müdaxiləsi ilə hadisənin böyüməsinin qarşısı alınıb.
Qeyd edək ki, hazırda Tehranın “Perspolis” komandasının baş məşqçisi azərbaycanlı Əli Daeidir.
İran və İraq Səudiyyə Ərəbistanına qarşı birləşir
Ekspert rəyləri belədir ki,əslində məqsəd Səudiyyə Ərəbistanını neft liderliyindən kənarlaşdırmaqdır
İraq hökuməti 2020-ci ilə qədər neft hasilatını 3 dəfəyədək artırmağı planlaşdırır.
Bunu İraqın baş nazirinin müavini bəyan edib. Onun sözlərinə görə hazırda hasilat sutkada 3 milyon barreldir, 2020-ci ildə isə 9 milyon ola bilər. İraq hökuməti qərarını dünyanın enerji tələbatının artması ilə izah etsə də, ekspert rəyləri belədir ki, əslində məqsəd Səudiyyə Ərəbistanını neft liderliyindən kənarlaşdırmaqdır. Bu məsələdə Tehran da Bağdadla eyni mövqedədir. İran da Səudiyyə Ərəbistanının mövqeyini zəiflətmək üçün sutkalıq hasilatı artırmağı planlaşdırır. Sanksiyaların yumşalması da bunun üçün yaxşı fürsət olub. Hazırda bu iki ölkə sutkada 12,5 milyon barrel neft çıxarır. İran və İraqın bu qərarı reallaşsa, dünyada neftin qiymətinin sürətlə azalması baş verə bilər.
Bu arada Türkiyənin başnaziri ərdoğan və bir neçə Türkiyə rəsmisi irana səfər edib.İran mətbuatının verdiyi məlumata görə, səfər İranın birinci vitse-prezidenti İshaq Cahangirinin dəvəti əsasında baş tutub.Türkiyə baş nazirini Tehranın Mehrabad beynəlxalq hava limanında İran xarici işlər nazirinin Afrika və ərəb ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahiyan qarşılayıb. R.T.Ərdoğanı səfərdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, iqtisadiyyat naziri Nihat Zeybəkçi, iqtisadi inkişaf naziri Cövdət Yılmaz, mədəniyyət və turizm naziri Ömər Çelik, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, habelə digər rəsmi şəxslər, iş adamları və mətbuat nümayəndələri müşayiət edir.
Türkiyə baş naziri yanvarın 29-da Səədabad Sarayında İranın prezidentinin birinci müavini tərəfindən rəsmi şəkildə qarşılanacaq. Bundan əlavə, R.T.Ərdoğanın həmin gün İran prezidenti Həsən Ruhani, ali dini lider ayətullah Əli Xamneyi və bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşü də gözlənilir. Eyni zamanda Türkiyə baş nazirinin səfər proqramında iki illik fasilədən sonra keçiriləcək İran-Türkiyə Hökumətlərarası Komissiyasının növbəti toplantısında iştirak etmək var. R.T.Ərdoğanın İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq İşlər İnstitutunda müəllim və tələbələr qarşısında çıxışı da nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələr başda olmaqla, regional və qlobal məsələlərin əsas müzakirə mövzusu olacağı bildirilir.
Qeyd edək ki, bu, Türkiyə baş nazirinin Həsən Ruhaninin hakimiyyət başına gəlməsindən sonra İrana ilk səfəridir. Bəzi məlumatlara əsasən, R.T.Ərdoğanın keçirdiyi görüşlərdə İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılacağı, iki ölkə arasında güzəştli ticarət razılaşmasının imzalanacağı, İranla Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin müzakirə olunacağı bildirilir. Eyni zamanda görüşlərdə Suriya böhranı, terrorçuluğa qarşı mübarizə, enerji və ticarət sahəsində əməkdaşlıq, habelə sərhəd-keçid məntəqələrində gediş-gəlişin asanlaşdırılması, ötən il dekabrın 17-də Türkiyədə rüşvət və korrupsiya ilə mübarizə sahəsində həyata keçirilmiş əməliyyatla bağlı da fikir mübadiləsi aparılacağı qeyd olunub.
Ərdoğana İran kürdləri də rəğbət bəsləyir!
İranın Kürdistan Demokrat Partiyası Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğana öz dəstəyini bildirib.
İranın Kürdistan Demokrat Partiyasının rəhbərlərindən biri Türkiyə kürdlərindən istəyib ki, Ərdoğana dəstək versinlər.
Rüstəm Cahangiri Avropada yayılan Dəngi Ağrı (Ağrı səsi) qəzetinə müsahibəsində deyib:
“Türkiyə tarixində yalnız AKP kürd sorununu bəyan edib və onun həllinə çalışıb. Kürdlər kürd açılımı məsələsinə görə Ərdoğanın yanında olmalıdırlar.
Beynəlxalq baxışda yalınız İraqın Şimalında kürdlər tam mövcudluğu ilə tanınır. Və mən inanıran ki, Ərdoğan kürdlərin problemini çözəcək. Korrupsiya əməliyyatı AKP-ni zəiflətməyə yönəlib lakin Ərdoğan hər zaman belə böhranlardanm qalib çıxıb.”
Qeyd edək ki, Rəcəb Təyyib Ərdoğan İraqın şimalında kürdlərin yerli yönətiminə bütün sahələrdə yardım edir və hətta Kərkükün neftini Bağdandan almağa hazır deyil. O, bütün müqavilələri Şimali İraqda kürd yönətimi ilə bağlayır. Həmçinin Türkiyədəki kürdlərə kürd açılımı adı altında geniş siyasi imkanlar yaradıb. Kürdə yaxınlaşma bununlada məhdudlaşmır. PKK terrorçuları dağdan yenib kənddə mətbuat konfransı belə keçirə bilirlər. PKK uzantıları parlamentdə geniş imkanlara malikdirlər və istədikləri yerdə terrorist başı Abdullah Ocalanı dəstəkləyib və Türkiyə Cümhuriyyətinin dövlət atributlarını təhqir edə bilirlər. Abdullah Ocalan isə zindanda bir rəsmi şəxs kimi mövqeyə malikdir. O zindanda PKK-nin uzantıları ilə sərbəst şəkildə görüşür və bəzən Türkiyə dövlətinə təhdid dolu ismarıclar da göndərir. Bütün bunlar Türkiyənin baş nazirini dünya kürdləri arasında sevimli bir şəxsə çevirib.
Barak Obama İrana şərt qoyur
Yanvarın 28-i ABŞ Konqresində çıxış edən prezident Barak Obama İranın nüvə problemindən və onun həlli məsələsindən danışıb.
Obama deyib ki, Cenevrədəki nüvə razılaşmasından sonra İranın nüvə probleminin həlli üçün əlverişli şərait yaranıb: “Bu gün İranın nüvə probleminin müharibəsiz həlli üçün fürsət var. İran yaranmış bu fürsətdən istifadə etməsə, mən bu ölkəyə sanksiyaların daha da gücləndirilməsini tələb edən ilk şəxs olacağam. Əgər İran rəhbərləri problemin həlli üçün bu fürsətdən istifadə edə bilsələr, o zaman onlar dünya birliyinə qayıtmaq üçün mühüm addım atmış olacaqlar. Belə olan halda isə biz dövrümüzün təhlükəsizliklə bağlı ən mühüm problemlərindən birinin həllinə nail olmuş olacağıq”.
5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya), eləcə də Avropa Birliyi rəsmiləri ilə razılaşmasına əsasən, Tehran 6 ay ərzində bəzi nüvə təsisatlarında işləri məhdudlaşdırmalı, obyektlərə Beynəlxalq Atom Enerjisi Agentliyi təmsilçilərinin gündəlik girişinə icazə verməli, Ərak reaktorunun fəaliyyətini dayandırmalı, 20 faiz dərəcəsində zənginləşdirilmiş 200 kiloqram uranı məhv etməlidir. Öhdəliklərə əməl olunsa, 6 aydan sonra İrana beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı və daha uzunmüddətli razılaşma imzalanmalıdır.
Bu arada İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm yanvarın 28-də jurnalistlərə açıqlamasında Azərbaycanda fəaliyyətinə xitam verilən İmam Xomeyni İmdad Komitəsi Beynəlxalq Humanitar Təşkilatından danışıb.
Mərziyə Əfxəm deyib ki, İranın Azərbaycandakı İmdad Komitəsinin fəaliyyətinin dayandırılmasının arxasında heç bir siyasi motiv yoxdur: “İmdad Komitəsi son 20 ildə Azərbaycan Respublikasına humanitar yardım göstərmək məqsədi ilə yaxşı fəaliyyət göstərdi. Azərbaycan Respublikasının yüksək rütbəli rəsmiləri də həmişə bu komitənin fəaliyyətini müsbət qiymətləndiriblər.
Lakin bu ölkədəki şəraitin son illərdə dəyişməsini nəzərə alaraq komitənin fəaliyyətinin dəyişdirilməsi məsələsi də gündəmə gəldi. Nəticədə belə qərara alındı ki, İmdad Komitəsi humanitar sahədə göstərdiyi 20 illik parlaq fəaliyyətini dayandırsın. Bu fəaliyyətin dayandırılmasının arxasında heç bir siyasi motiv yoxdur”.
Abbas Əraqçi: “1 milyard 500 milyon dollar ölkəyə qaytarılacaq”
İran xarici işlər nazirinin müavini Abbas Əraqçi yanvarın 28-də Tehran Ticarət Evində çıxış edərək xarici ölkələrdə blokadaya alınmış neft pullarından danışıb. Əraqçi deyib ki, Cenevrədəki nüvə razılaşmasından sonra dünyanın 8 ölkəsində blokadaya alınmış ölkənin neft pullarından 4,2 milyard dolları tədricən ölkəyə qaytarılacaq: “Razılaşmaya əsasən, ölkənin neft satışından qazandığı, lakin xarici ölkələrdə ona blokada qoyulmuş pullardan hər dəfəsi 550 milyon dollar olmaq şərti ilə 6 mərhələdə, eləcə də hər dəfəsi 450 milyon dollar olaraq 2 mərhələdə ölkəyə qaytarılaraq İran Mərkəzi Bankının hesabına köçürüləcək. Beləliklə, mart ayının ortalarına qədər blokadaya alınmış pullardan ən azı 1 milyard 500 milyon dolları ölkəyə qaytarılacaq”.
İranın beynəlxalq sanksiyalar nəticəsində xarici ölkələrdə blokadaya alınmış pullarının 100 milyard dollara yaxın olduğu bildirilir.
5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya), eləcə də Avropa Birliyi rəsmiləri ilə razılaşmasına əsasən, Tehran 6 ay ərzində bəzi nüvə təsisatlarında işləri məhdudlaşdırmalı, obyektlərə Beynəlxalq Atom Enerjisi Agentliyi təmsilçilərinin gündəlik girişinə icazə verməli, Ərak reaktorunun fəaliyyətini dayandırmalı, 20 faiz dərəcəsində zənginləşdirilmiş 200 kiloqram uranı məhv etməlidir.
Öhdəliklərə əməl olunsa, 6 aydan sonra İrana beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı və daha uzunmüddətli razılaşma imzalanmalıdır.
İranın xalçalara toxduğu külli miqdarda narkotik almaniyada üzə çıxdı
45 kiloqrama yaxın heroinin nazik preslənmiş bağlamalarda xalçaya toxunduğunu bildirilib
Hadisə Almaniyada Leypziq aeroportunun Gömrük Xidməti poçtla göndərilmiş. İran xalçalarında külli miqdarda narkotik vasitə aşkar edib.Drezden şəhərinin Gömrük rəsmisi Heyke Vİlsdorf ümumilikdə 45 kiloqrama yaxın heroinin nazik preslənmiş bağlamalarda xalçaya toxunduğunu bildirib.
Müsadirə olunmuş 9 xalçanın hər birində 5 kiloya yaxın heroin olub. Gömrük rəsmisinin sözlərinə görə, qaçaqmalçılarıın Almaniyaya gətirmək istədiyi narkotik maddənin ümumi dəyəri bir neçə milyon avro olub.
Aşkarlandıqdan sonra Gömrük xidməti Fransa, Belçika və Polşa orqanlarını xalçaların hansı ünvanlara yollandığı barədə məlumatlandırıb. Dırnaqarası İran xalçalarının satışı ilə məşğul olan cinayətkar halqanın ifşa olunduğu bildirilir.
MDHP Güney Azərbaycan Departamenti

Bu xəbər oxucular tərəfindən 1319 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |