Şrift:
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi terror və digər ağır cinayətlərlə bağlı 296 şəxs axtarışa verilib
01.02.2014 [12:05] - Gündəm, Hüquq
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi terror və digər ağır cinayətlərlə bağlı axtarışda olanların sayı açıqlanıb.

Azərbaycanın hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev bu gün keçirdiyi kollegiya iclasında bildirib ki, Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə 296 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed