01.02.2014 [14:35] - Gündəm, Siyasət
Filipp Lefortun xələfi yaxın günlərdə təyin ediləcək
“Avropa Birliyi Cənubi Qafqazdakı münaqişələrin, əvvəllər olduğu kimi, ATƏT-in Minsk Qrupunun dəstəyi ilə beynəlxalq səviyyədə aparılan sülh danışıqları yolu ilə həllinə sadiqdir”.
Bu barədə AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefortun mandatının başa çatması münasibətilə birliyin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eştonun yaydığı bəyanatda bildirilir.
K.Eşton F.Leforta səmərəli fəaliyyətinə görə təşəkkür edib: “O, münaqişə tərəflərinə ziddiyyətlərin həllində kömək etmək üçün səbirlə və obyektiv işlədi, nəticədə onların etimadını qazandı”.
Bəyanatda qeyd olunur ki, AB həyati əhəmiyyətli bu rolun fasiləsizliyini təmin etmək üçün yaxın günlərdə F.Lefortun xələfini təyin edəcək.

Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |