Şrift:
İspaniya futbol yığmasının keçmiş baş məşqçisi Luis Araqones vəfat edib
01.02.2014 [15:17] - İdman
İspaniya millisinin sabiq baş məşqçisi Lusi Araqones vəfat edib.


Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 76 yaşlı mütəxəssis bu gün səhər saatlarında dünyasını dəyişib.



Səhhətində problem olan Araqones Madirddə yerləşən “Cemtro” klinikasında həyatını itirib.



Qeyd edək ki, “Atletiko”da oynadığı futbolla klubun əfsanələri arasında yer alan Araqones, 2008-ci ildə İspaniya milli komandasını Avropa çempionu edib.



O, məşqçilik karyerası ərzində vətənində “Barselona”, “Valensiya”, “Sevilya”, “Atletiko”, “Betis”, “Malyorka”, Türkiyədə isə “Fənərbaxça” klubunu çalışdırıb.
Bu xəbər oxucular tərəfindən 764 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed