Şrift:
Ketrin Eşton: İranla altılıq ölkələri arasındakı nüvə müzakirələri uzana bilər
03.02.2014 [10:59] - Güney Azərbaycan xəbərləri, Siyasət
“İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri qarşıdakı mərhələdə çox çətin keçəcəyindən danışıqların 6 aydan da çox uzadılması ehtimalı var”.



“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib.



Onun sözlərinə görə, tərəflər arasında yekun razılaşmanın əldə olunması üçün nüvə müzakirələrini davam etdirmək çox çətin olacaq: “Bu da danışıqların 6 aydan çox çəkəcəyi mənasına gəlir”.



K.Eşton deyib ki, İranla yekun razılaşma bu ölkənin nüvə proqramının sülhməqsədli olduğuna dair dünya ictimaiyyətində tamamilə əminlik yaratmalıdır: "Biz də hamılıqla qısa müddətdə mühüm nəticələr əldə edə biləcəyimiz nöqtəsinə varmışıq. Düzdür, hər kəs bu işin çətin olduğunu və heç bir zəmanətin olmadığını bilir. Lakin düzgün razılaşmaya nail olmaq üçün vaxta ehtiyacımız var. İranla “altılıq” ölkələri arasında fevralın 18-də Vyanada keçirilməsi planlaşdırılan nüvə müzakirələri də danışıqların strukturunun və vaxtının müəyyənləşdirilməsi üzərində təmərküzləşəcək”.



K.Eşton həmçinin vurğulayıb ki, İranın dəvətini qəbul edib və bir neçə həftə sonra Tehrana səfər edəcək: “Bu səfər çərçivəsində İran rəsmiləri ilə regional və insan haqları məsələləri ilə bağlı danışıqlar aparacağam”.
Bu xəbər oxucular tərəfindən 790 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed