Şrift:
Azərbaycan dünyada Ukraynadan ən çox zirehli döyüş maşını alan ikinci ölkədir
03.12.2011 [13:58] - Hərb
Son 5 ildə MDB məkanında ən böyük silah istehsalçıları olan Rusiya, Ukrayna və Belarus dünyanın 22 dövlətinə 1278 ədəd döyüş maşını satıb.

2005-2010-cu illərdə piyadaların döyüş maşınları və zirehli nəqliyyat vasitələrinin ixracında ilk yeri 685 maşın sayı ilə Ukrayna tutub, Rusiya 591, Belarus isə cəmi 2 döyüş maşını ixrac edib.

Rusiyadan fərqli olaraq digər iki ölkə satdıqları hərbi texnikaların sayı ilə yanaşı, modellərini də göstərib.

Regionlar üzrə hərbi texnika satışının 78,3%-i Asiya, 17,5%-i Afrika, 4,2%-i isə Amerika ölkələrinin payına düşüb.

Bu dövlətlərdən ən çox hərbi texnika satın almış ölkələr arasında birinci beşlikdə İraq (190 ədəd) Azərbaycan (165 ədəd), Yəmən (154), Çad (135 ədəd) və Qazaxıstan (104 ədəd) yer alıb.

Hesabat dövründə Rusiya 13 ölkəyə ixracat gerçəkləşdirib. Moskvanın ən çox hərbi texnika satdığı ölkə Qazaxıstan və Banqladeşdir. Qazaxıstan son 5 ildə şimal qonşusundan 102, Banqladeş isə Rusiyadan 100 ədəd texnika satın alıb.

Ötən 5 ildə 12 dövlətə 685 hərbi texnika ixracatını gerçəkləşdirmiş Ukraynanın ən böyük müştərisi isə İraq - 190 ədəd (27,7%), Azərbaycan – 141 ədəd (20,5%) və Çad – 135 ədəd (19,7%) olub. Ukraynanın satdığı texnikaların 33,5%-ni (230 ədəd) BMP-1 tipli piyadaların döyüş maşını, 26,2%-ni BTR-70 (180 ədəd), 8,9%-ni BREM-1U (61 ədəd) və 6,5%-ni BTR-3 (45 ədəd) tipli ) zirehli transportyorlar təşkil edib.

Bu dövrdə cəmi 2 zirehli transportyor (BTR-70 tipli transportyorların «Kobra-K2K» modifikasiyası) ixrac etmiş Belarusun müştərisi isə Sudan olub.

Ümumilikdə bu dövrdə xarici ölkələrə satılmış texnikaların böyük əksəriyyəti keçmiş sovetlər birliyi dönəmində yaradılmış və istehsal edilmiş modellər olub.

Hesabat dövründə Azərbaycan və Gürcüstanın Ukraynadan aldıqları əsas texnika BTR-70 tipli transportyorlar olub. Ötən 5 ildə Azərbaycan Ukraynadan 132 ədəd BTR-70, 4 ədəd BTS-5B, 3 ədəd BTR-3U, 2 ədəd BMP-1, Gürcüstan 30 ədəd BTR-70, 15 ədəd BMP-1, 12 ədəd BMP-2, 10 ədəd BTR-80 və 6 ədəd BTS-5B tipli zirehli transportyor alıb.
Bu xəbər oxucular tərəfindən 3252 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed