05.02.2014 [11:11] - Gündəm, Türk dünyası-Turan
Bu xəbəri paylaş Azərbaycan Qazaxıstanın sifarişi ilə bu ölkəyə məxsus gəmilərin hərəkətini nəzarətə götürəcək
Bu barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasından (ARDDA) məlumat verilib.
Qazaxıstanın müraciəti əsasında ARDDA-nın Uzaq Məsafədən Tanınma və İzləmə (UMTİ/LRİT) Milli Mərkəzi tərəfindən bu ölkəyə məxsus "Astana" gəmisinin test rejimində izlənilməsinə başlanıb. Yaxın vaxtlarda Qazaxıstanın bütün gəmilərinin nəzarət və izlənilməsi üçün tərəflər arasında müqavilənin imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda Azərbaycanın UMTİ Milli Mərkəzi tərəfindən Gürcüstana məxsus gəmilərin izlənilməsi həyata keçirilir. Mərkəz yalnız Xəzər və Qara dənizdə deyil, bütün dünya okeanlarında belə gəmilərin hərəkətini nəzarətdə saxlayır.
UMTİ Milli Mərkəzi öz imkanlarına və tətbiq olunan texnologiyalara görə Xəzər regionunda ilk, postsovet məkanında isə ən müasir mərkəz hesab olunur.

Bu xəbər oxucular tərəfindən 741 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |