Şrift:
Çölçü filmi Cinema Mundi beynəlxalq kinofestivalında Azərbaycanı təmsil edəcək
06.02.2014 [10:45] - Mədəniyyət
Fevralın 26-dan martın 3-dək Çexiyanın Brno şəhərində keçiriləcək beşinci Cinema Mundi kinofestivalında Azərbaycan “Çölçü” filmi ilə təmsil olunacaq.


Bu barədə “Çölçü” filminin rejissoru Şamil Əliyev məlumat verib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.



“Çölçü” bədii filmi indiyədək 17 mötəbər beynəlxalq kinofestival və forumda iştirak edib, müxtəlif mükafatlara və diplomlara layiq görülüb. 2013-cü ildə “Humay” Milli Mükafatına layiq görülüb. Həmçinin, “Çölçü” 86-cı “Oskar” mükafatının siyahısında Azərbaycanı təmsil edib.
Bu xəbər oxucular tərəfindən 843 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed