Şrift:
Con Kerri Fransaya İranla bağlı xəbərdarlıq edib
06.02.2014 [14:27] - Güney Azərbaycan xəbərləri, Siyasət
ABŞ-ın dövlət katibi Həsən Ruhaninin ölkəsini ticarətə açıq ölkə kimi təqdim etməsinə münasibət bildirib.
"Fransaya İranla bağlı xəbərdarlıq etdik".Türkiyə mətbuatının verdiyi məlumata görə, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri deyib. O bildirib ki, İrana qarşı sanksiyaların davam edəcəyini Fransaya bəyan etdik.

"Fransızlar bəzi iş adamlarını oraya göndərmiş ola bilər. Onlar sanksiyaları tapdalamazlar. Əgər belə bir hal olarsa cəzalanacaqlar və onlar da bunu bilirlər".

Kerri İranla nüvə sahəsində razılaşma əldə edilməsinə baxmayaraq bəzi sanksiyaların davam edəcəyini deyib. C.Kerri ötən ay Davosa qatılan İran prezidenti Həsən Ruhaninin ölkəsini ticarətə açıq ölkə kimi təqdim etməsinə də münasibət bildirib.

ABŞ-ın dövlət katibi belə bir vəziyyətin olmadığını dilə gətirib. Bu ölkəyə yönəlmiş sanksiyaların davam etdiyini vurğulayan Kerri qeyd edib ki, İran ticarətə açıq deyil və İranlılar bəzi razılaşmaların ticarətə açıq olmaq mənasını vermədiyini bilir.
Bu xəbər oxucular tərəfindən 835 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed