03.12.2011 [17:07] - Gündəm
Güney Azərbaycanın bəzi bölgələrində internetin sürəti zəifləyib
Güney Azərbaycanın bəzi bölgələrində internetin sürəti zəifləyib. Problem Qərbi Azərbaycan vilayətində (ostan) xüsusi hiss olunur.
Əyalətin mərkəzi Urmu şəhərində və digər şəhərlərdə üç gündür internetə çıxış məhdudlaşdırılıb.
Səlahiyyətli orqanlar bununla bağlı indiyədək heç bir açıqlama verməyiblər.
İnternetin sürətinin zəif olması ondan istifadəni imkansız hala gətirib.
Urmu Gölü ilə bağlı yenidən Etiraz Yürüşləri başlaya bilər
Urmu Gölünün qurudulmasına etiraz olaraq Keçirilən 3 sentyabr (12 şəhrivər) Kütləvi Etiraz Yürüşlərindən 90 gün keçir.
Bu zəmində bir qrup müstəqil Güney Azərbaycan Milli Hərəkat fəalları Bəyanat yayıblar. Bəyanatda Azərbaycan türk millətinin Urmu Gölünün qurudulması siyasəti məsələsində olduqca həssas olduğu vurğulanıb.
Bildirilib ki, “Hakimiyyətin Urmu Gölü məsələsini qulaq ardına vurması 2 il ardıcıl təbiət günündə (2 aprel , 13 fərvərdin) Kütləvi Yığıncaqlar və keçən aylarda Etiraz Yürüşlərinə səbəb oldu və çoxsaylı soydaşımız zindanlara düşdülər.
Hakimiyyət isə keçmişdəki kimi boş vədlər verməklə ictimai rəyi dəyişməyə çalışdı.
Artıq 3 sentyabr (12 şəhrivər) Yürüşündən 90 gün keçir, ancaq Urmu Gölünü qurumaqdan qurtarmaq uğrunda heç bir addım atılmayıb. Əgər hamiyyət düşünürsə artıq etirazlar bitdi və öz məkrli siyasətini yürüdə biləcəkdir böyük səhvdədir. Hakimiyyət bilsin ki, onlara bu icazə verilməyəcək və Azərbaycan türk milləti bir daha etirazlara başlayacaq.”
Dünən İran paytaxtı Tehranda Təbrizin “Traxtur” takımı (tim) ilə “Perspolis” arasında keçirilən futbol müsabiqəsində bir daha milli şüarlar səsləndirilib.
(1 – 0) hesabı ilə “Traxtur”un xeyirinə sona çatan yarışı təxminən 30000 nəfər tamaşaçı izləyib. Onların əksəriyyəti “Traxtur” tərəfdarları olub.
Soydaşlarımız keçmiş yarışlar kimi stadionu (stadyom) milli şüarlarla lərzəyə gətiriblər.
Səsləndirilən şüarlar içində “Urmu Gölü can verir – Məclis onun qətlinə fərman verir”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” və ... kimi şüarlar olub.
40 ÖLKƏNİN İRANDAKI DİPLOMATLARI BÖYÜK BRİTANİYANIN DAĞIDILMIŞ SƏFİRLİYİNİ ZİYARƏT EDİBLƏR
Dekabrın 1-də 40 ölkənin İrandakı səfirləri və diplomatları Böyük Britaniyanın Tehrandakı səfirliyini və səfirlik işçilərinin “Qolhək” bağındakı yaşayış yerlərini ziyarət edib.
Diplomatlar jurnalistlərə açıqlamalarında binalardakı dağıntılardan şoka düşdüklərini bəyan ediblər. Xarici diplomatlar Böyük Britaniya səfirliyindəki bütün şüşələrin sındırıldığını, divarlardan asılan rəsm əsərlərinin və digər tabloların dağıdıldığını, səfirlik işçilərinin şəxsi əşyalarının və digər avadanlıqların talan olunduğunu bildiriblər.
Xarici ölkələrin nümayəndələri arasında İsveçrə, Polşa, Meksika, Çex, Macarıstan, Yeni Zelandiya, Finlandiya, Kipr, Rusiya, Yunanıstan, Bolqarıstan, Hollandiya, Slovakiya, Rumıniya, Türkiyə, Braziliya, Avstraliya, Belçika, İtaliya, Almaniya, İrlandiya, İspaniya, Danimarka və Xorvatiyanın səfir və diplomatları da olub.
Co Bayden İranla bağlı Türkiyəyə Çağırış edib
ABŞ (Amerika Birləşmiş Ştatları) vitse-prezidenti (prezident müavini) Co Bayden Türkiyəyə səfəri zamanı ölkə rəhbərliyini İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb.
Bayden qeyd edib ki, Vaşinqton hələ də İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin diplomatik yolla həllinin tərəfdarıdır, amma tərəfdaşlarını bu məsələdə Vaşinqtona kömək etməyə çağırır.
Birləşmiş Ştatlarla Avropa Birliyi son həftələrdə İrana qarşı sanksiyaları kəskinləşdiriblər. Türkiyə BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) İrana qarşı sanksiyalarına əməl etsə də hələlik bu ölkəyə qarşı əlavə tədbirlər qəbul etməyib.
Iranın Əhvaz şəhərində iki nəfər milli fəal həbs olunub
İranda qeyri-fars millətlərə qarşı təzyiqlər davam edir. Ərəblərin haqları uğrunda hərəkatın fəallarından olan iki nəfər həbs olunub.
Onlar bir neçə gün öncə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən Əhvaz şəhərində həbsə alınaraq naməlum istiqamətə aparılıblar.
Yerli ərəblərin sevimli xanəndəsi olan Galin Mənabi Salehi əvvəllər də ərəb dilində mahnı oxuduğuna görə tutulub. Onun kiçik qardaşı Həsən Mənabi Salehi isə Əhvaz şəhərində orta məktəblərin birində müəllim işləyirdi. Artıq milli fəaliyyətinə görə onu işdən azad ediblər. Ailəsi fəalların durumundan xəbər tutmaq üçün ETTELAAT-ın Əhvaz şöbəsinə müraciət etsələr də, onlara heç bir məlumat verilməyib. Qardaşların vəkillə təmin olunmadığı bildirilir.
Qeyd edək ki, əvvəllər İranın Həmidiyyə şəhərində yaşayan ailə məhz ETTELAAT-ın basqılarına məruz qaldığına görə Əhvaza köçmüşdü.

Bu xəbər oxucular tərəfindən 1413 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |