07.02.2014 [09:35] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Onlar sadəcə, muzdlu əsgərdirlər”
Bir müddətdir ki, Suriyadakı hərbi münaqişədə azərbaycanlı döyüşçülərin ölməsi xəbərləri ard-arda gəlməkdədir. Bununla da son günlərin gündəmini tutan xəbərlərdən biri də azərbaycanlıların Surayada gedən döyüşlərdə qatılması məsləsinin müzakirələri tutdu. Heç kimə sirr deyil ki, döyüşmək üçün Suriyaya üz tutan həmyerlilərimiz radikal dini quruplaşmalara aid gənclərimizdirlər. Məslə ilə bağlı müxtəlif fikirlər səsləndi, bunun qarşısını almaq üçün müxtəlif təkliflər verildi. Bu məslə olduqca ciddi bir problem olduğu üçün, Milli Məclisdə də müzakirə olundu. Amma, verilmiş təkliflərin əksəriyyəti sərt tədbirlərin alınmasıyla bağlı oldu. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev isə Milli Məclisdə bununla bağlı müzakirələr zamanı fərqli mövqedən çıxış etdi və bu cür təkliflərin vətəndaşlarımıza qarşı sərt mövqe sərgiləməyimizə səbəb olacağını qeyd etdi. F.Quliyev daha çox maarifləndirici, profilaktik tədbirlər görülməsini təklif etdi.
Cəmiyyətdə maraqla qarşılanan bu təkliflə bağlı davam.az-ın sualını MDHP sədri belə cavablandırdı: “Mən parlamentdə olarkən də bu məsələyə münasibət bildirdim. Təklif etdim ki, bu cür hadisələrin baş verməməsi üçün daha çox maarifləndirici, profilaktik tədbirlər görülməlidir. Azərbaycandan Suriyaya gedən şəxsləri terrorçu adlandırıb damğalamağın əleyhinəyəm. Onlar sadəcə, muzdlu əsgərdirlər. Vətəndaşlarımız aldadılırlar. Bu cür mənfi halların qarşısını almaq çox çətin olsa da, bunu etməliyik”.
F.Quliyev təbliğata bayağı verilişlərin yerinə əsl islam dini haqqında verilişlər verməklə başlamağın labüdlüyünü vurğuladı: “İnsanlara dini başqa cür başa salırlar. Əsl islamın nə olduğunu hər kəsin diqqətinə çatdırmaq lazımdır. Orta və ali məktəblərdə islam dini ilə yanaşı digər dinlər haqqında da məlumatlar verilməsini arzulayardım. Bəlkə, bundan sonra insanlar din haqqında yanlış fikirləşməz, səhv yolla getməzlər”.
Millət vəkilinin fikrincə, hazırda xaricdə olan vətəndaşlarımız bizim “kisə”mizdən gediblər: “O şəxslərin mütləq həbs olunmasının, vətəndaşlıqdan çıxarılmasının əleyhinəyəm. Onların amnistiyaya salınmasına və geri qayıtmaları üçün şərait yaradılmasına tərəfdaram. Qoy vətənlərinə gəlsinlər və yanlış yoldan geri dönsünlər. Onlara başa salmaq lazımdır ki, savaşmaq istəyirsənsə, günün birində Qarabağda vuruşa bilərsən. Ona görə də profilaktik tədbirlər geniş miqyas almalıdır. Təbliğat işləri dayandırılmamalıdır. Geri qayıdan şəxslərdən kimsə qərəzli şəkildə yenə ora yollanarsa, belə adamlara hər hansı cəza tətbiq oluna bilər. Bu zaman onlara qanun qarşısında cavab verəcəklərini əvvəldən bildirmək lazımdır”.
davam.az

Bu xəbər oxucular tərəfindən 1550 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |