08.02.2014 [10:35] - Güney Azərbaycan xəbərləri, DAVAMın yazıları
Uzun illərdir iran adlanan ölkədəki qeyri-fars millətlər öz ana dilində təhsil haqqına qarşı anti-konstitusion qadağanın aradan qaldırılmasını tələb edirlər. Rejim bu tələblərin qarşısında əski metodlarla müqavimət göstərilməsi mərkəzdən qaçma hərəkatlarının genişlənməsinə və etnik azlıqlar özəlliklə ölkə əhalinin yarısını təşkil edən Azərbaycan Türklərinin azadlıq hərəkatının get-gedə sərt forma almasına səbəb olacağını anlayır.
Uzun illərdir ölkə prezidentliyinə və parliamentinə namizədlər mədəni haqların gerçekleşmesi ilə bağlı seçki-qabağı vədlər verir amma hakimiyyətə gəldikdən sonra hemin vədləri ya unudur yaxud da əskini həyata keçirirlər.
Həsən Ruhani keçmiş Ali Təhlükəsizlik Şurasının keçmiş katibi kimi təhlükəsizlik məsələləri üzrə böyük ekspert olduğundan vəziyyətin bu şəkildə davam etməsinin mümkünsüzlüyünü anlayır.
Rejim mərkəzdən-qaçma hərəkatlarının artıq sosial sifarişə çevrildiyini dərk edir. İndiki prezident Azərbaycan milli azadlıq hərəkatının sosial bazasının dağıtmaq məqsədi ilə bir sıra addımlar atmaq istəyir.
O cümlədən güman etmək olar ki, misal üçün vəd etdiyi Azərbaycan Dil Qurumu yaradıla bilər. Ancaq Həsən Ruhani və onun köməkçisi Əli Yunisi Azərbaycan Türklərinin minimum tələbinin Azərbaycan Türkcəsində təhsildən ibarət olduğunu dərk edirlər. Yəni Güney Azərbaycanın şəhər, kənd və əyalətlərində məktəblərdə ana dilində təhsil almaq Azərbaycan milli hərəkatının minimal tələbidir.
Ancaq bəlli olduğu kimi bu tələbi həyata keçirmək istəmədiklərindən insanlarımızın başını Dil Qurumu ilə qatmaq istəyirlər. Bundan başqa, həmin “dil qurumu”nun hansı dil üzrə fəaliyyəti də bəlli deyil. Böyük əminlikə demək olar ki, həmin dil qurumu əsl Azərbaycan Türkcəsini deyil, şovinist Pəhləvi və Xomeyni rejimlərinin bu millətə təhmil etməyə çalışdığı nə farsın nə də azərbaycanlının anlamadığı eybəcər və yararsız “Fazəri dili” olacaq. Hətta 1-2 özəl məktəb də aça bilər və o “məktəblərdə” 80 faizi fars sözlərindən ibarət eybəcər “Azəri” dili oxutdurmaq istəyərlər.
Təbi ki, kimsə o “məktəblərə” getməyəcək. Qıssa müddətdən sonra da həmin özəl “məktəbləri “ bağlatdıracaqlar. Və “azərbaycanlılar öz dillərində oxumaq istəmədi” kimi propagandalar yaymaqla özlərinə bəraət qazandırmağa çalışacaqlar.
Ayrıca, hansısa dil qurumunun görəvinin nə olacağı bəlli deyil. Misal üçün iranda Fars Dil Qurumu var. Həmin qurumun başına Xaməneyi özünün ultra-şövinist qudası Həddad Adili gətirib, hansı ki, azərbaycanlıların hətta öz evlərində ana dilində danışımasının əleyhinədir. Fars Dili Qurumunun əsas görəvi fars dilindəki yabancı sözlərə qarşılıq tapmaq və dildə islahat aparmaq və fars dilinin ölkədə və xaricdə yayılması yönündə programlar həyata keçirməkdir. Ana dilində yazıb oxumağı bilməyən millətlərə ilk öncə məktəblərdə öz dilini öyrətmək lazımdır. Məncə fars şovinizmi yenə də məkrlə bir tərəfdən millətimizin milli istiqlal mücadiləsindən yayındırmaq və başqa bir tərəfdən dünya ictimaiyyətinin gözünə kül üfürməyə çalışır. Bununla güya artıq Azərbaycan türklərinin ana dili ilə bağlı problemin artıq çözüldüyünü göstərmək istəyir.
Huseyn Turkelli

Bu xəbər oxucular tərəfindən 767 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |