04.12.2011 [18:00] - Sağlıq
ABŞ-ın Qida Məhsullarına və Dərman Preparatlarına Nəzarət İdarəsi (FDA) birinci tip diabet xəstəsi olan insanların həyatının yüngülləşməsini nəzərdə tutan süni mədəaltı vəzinin hazırlanması ilə məşğul olan alimlər üçün vəsait buraxıb.
Sənəddə gələcək qurğunun dizaynına, o cümlədən, üçmərhələli kliniki sınaqlara aid tövsiyələr də verilir.
Qeyd edək ki, birinci tip diabet xroniki autoimmun xəstəlikdir. O, ikinci tip diabetdən fərqli olaraq xəstənin həyat tərzi ilə əlaqəli deyil. Birinci tip diabet zamanı pasiyentin orqanizminə onun mədəaltı vəzisindəki insulin ifraz edən öz beta-hüceyrələri hücum edir. Nəticədə hormon ya ümumiyyətlə hasil olunmur, ya da az hasil olunur. Ona görə də şəkərin səviyyəsinə nəzarət etmək real deyil. Bu barədə "Medical News Today" yazır.
Ona görə də birinci tip şəkərli diabet xəstələri qlükometrin köməyi ilə hər gün özləri şəkərin səviyyəsinə nəzarət etməli olurlar, onu nə qədər azaltmalı olduqlarını hesablamalı və ya lazım olan əlavə insulin dozanı şpris vasitəsilə bədənə daxil etməlidirlər.
Süni mədəaltı vəzi iki hissədən - insulin nasosu və dərinin altına daxil edilən və xəstənin qanında şəkərin səviyyəsinə nəzarət edən xüsusi ötürücünün köməyi ilə qlükozanın fasiləsiz monitorinqi cihazından ibarətdir. Hər iki qurğu birlikdə işləyir. Onlar pasiyentin qanında qlükozaya nəzarət edir və kompüter alqoritmi yolu ilə hesablanan zəruri insulin dozasını avtomatik olaraq xəstəyə yeridir.
Əlbəttə, süni mədəaltı vəzi xəstəni 1-ci tip diabetdən müalicə etmir. Lakin o, xəstələrin yaşayış keyfiyyətini xeyli yaxşılaşdırır, onları daimi olaraq qlükozanın miqdarını ölçməkdən, həm də mümkün fəsadlardan müdafiə etməyə imkan verir. Ekspertlərin sözlərinə görə, rəsmi tövsiyələrin səsləndirilməsi tezliklə süni mədəaltı vəzini yüzlərlə diabetikin ala biləcəyindən xəbər verir.

Bu xəbər oxucular tərəfindən 1338 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |