10.02.2014 [11:00] - Sosial
Hər il Azərbaycanda müxtəlif yaşlarda 40-60 uşaq intihar edir və daha çox sayda uşaq intihara cəhd edir.
APA-nın xəbərinə görə, bu barədə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil Seyidov uşaq hüquqları ilə bağlı keçirilən dəyirmi masada çıxışı zamanı məlumat verib.
O bildirib ki, ötən il intihar edən ən kiçik uşağın 9 yaşı olub. N.Seyidovun sözlərinə görə, intihara cəhdlə bağlı ölkədə doğru statistika yoxdur və toplanılmır. O vurğulayıb ki, əgər bununla bağlı daha düzgün statistika aparılsa, vəziyyətin daha acınacaqlı olduğu ortaya çıxar: "Hər il depressiya, həyəcan və digər psixi pozuntulardan minlərlə uşaq və yeniyetmə əziyyət çəkir, o cümlədən minlərlə uşaq cinayət əməlləri, zorakılıq və məişət zorakılığının şahidi olur. Son 2 il ərzində 300-ə yaxın uşaq müxtəlif zorakılıq halları ilə üzləşib. Yalnız Bakı şəhəri üzrə son 2 il ərzində 40-a yaxın uşaq cinsi zorakılıq və istismara məruz qalıb".

Bu xəbər oxucular tərəfindən 913 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |