Şrift:
Baş Prokurorluğun kollegiya iclası keçirilib
10.02.2014 [14:20] - Gündəm, Hüquq
Vəhhabilərin törətdiyi cinayət hadisələri müzakirə olunub

Baş Prokurorluqda keçirilən kollegiya iclasında Azərbaycanda vəhhabilərin törətdiyi cinayət hadisələri müzakirə olunub.
kollegiya iclasında bildirilib ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən böyük ictimai rezonansa səbəb olan cinayət işlərinin, o cümlədən Qusar rayonunda vəhhabilik təriqətinə mənsub bir qrup şəxsin banditizm, polis əməkdaşlarının qəsdən öldürülməsi, Zaqatala rayonunda cinayətkar qruplaşmalar arasında cinayət aləmində üstünlük əldə etmək məqsədilə aralarında baş vermiş münaqişə, Sumqayıt şəhərində çay evində odlu və soyuq silahlar, partlayıcı qurğular tətbiq edilməklə törədilmiş hadisələrlə əlaqədar istintaqı davam etdirilir.
Azərbaycanda 2013-cü ildə baş vermiş 12 qəsdən adam öldürmə və 1 qəsdən adam öldürməyə cəhd cinayəti açılmamış qalıb
2013-cü ildə baş vermiş 12 (2012-ci ildə 8) qəsdən adam öldürmə və 1 (2012-ci ildə 2) qəsdən adam öldürməyə cəhd cinayətləri açılmamış qalıb.
Bu barədə Baş Prokurorluqda keçirilən kollegiyada hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib.
O, qeyd edib ki, prokurorluq orqanları tərəfindən hesabat dövrü ərzində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa qarşı aparılan mübarizə nəticəsində respublika üzrə qeydə alınmış ağır və xüsusilə ağır cinayətlərin sayı, ilk növbədə adam oğurluğu, adamları girov götürmə, banditizm, cinayətkar birlik yaratma cinayətləri əhəmiyyətli dərəcədə azalıb.
Qeyd edilib ki, Prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin istintaq qurumları tərəfindən hesabat dövründə 14.090 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, ittiham aktları və ya qərarlar təsdiq olunan 9.950 iş aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.
Prokurorluq orqanlarının icraatında olmuş cinayət işləri üzrə ümumi göstəricinin 40,7 faizini təşkil edən 26.0 milyon manatdan artıq miqdarda maddi ziyan ödətdirilib. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən istintaqı tamamlanmış işlər üzrə vurulmuş ziyanın 98,6 faizi və ya 7.2 milyon manatın, Daxili işlər orqanları üzrə 42.3 milyon manatın və ya 73,4 fazinin, Milli Təhlükəsizlik Nazirliyi üzrə isə 85,9 faizinin ödətdirilməsi təmin edilib.
İbtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarətinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin nəticəsi olaraq, hesabat ilində 340 cinayət işi üzrə icraata xitam verilməsi və 881 iş üzrə icraatın dayandırılması barədə qanunsuz və əsassız qərarlar ləğv edilib, bu fəaliyyət sahəsi üzrə yol verilmiş qanunsuzluq hallarının aradan qaldırılması və pozuntulara yol vermiş əməkdaşların cəzalandırılması məqsədi ilə 707 təqdimat verilib.
2013-cü ildə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, bu cinayətləri törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində fəaliyyətin səmərəliliyinin artırılması üçün zəruri tədbirlər həyat keçirilmiş, qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərlə əlaqədar Baş Prokurorluğun müvafiq idarələrinin əməkdaşları yerlərə ezam olunmaqla, lazımi istintaq hərəkətlərinin aparılmasına əməli köməklik göstərilib, bu sahədə digər hüquq mühafizə orqanlarının köməyindən istifadə olunub.
Həmin tədbirlərin, habelə prokurorluğun Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməliyyat qurumları ilə həyata keçirdikləri əlaqəli işinin nəticəsidir ki, 2013-cü ildə qeydə alınmış 206 qəsdən adam öldürmə cinayətinin (2012-ci ildə 198 hadisə) 194-nün, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş iki və daha çox şəxsin ölümü ilə nəticələnən qəsdən adam öldürmə cinayətindən 69-nun isti izlərlə, qeydə alınmış 56 qəsdən adam öldürməyə cəhd cinayətindən (2012-ci ildə 53 hadisə) isə 55-nin açılması təmin olunub.
Bu xəbər oxucular tərəfindən 1021 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed