Şrift:
Xocalı soyqırımı haqqında Koreya dilində internet və facebook səhifəsi istifadəyə verilib
11.02.2014 [10:38] - Gündəm, Diaspor
"Xocalıya Ədalət!” kampaniyası çərçivəsində Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatı tərəfindən Xocalı soyqırımı haqqında Koreya dilində “Khojaly Genocide” adlı internet və facebook səhifəsi istifadəyə verilib (www.khojaly.or.kr; www.facebook.com/KhojalyKR).

Saytda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranması səbəbləri, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Xocalı soyqırımı, dünya ölkələrinin parlamentləri və beynəlxalq ictimaiyyətin soyqırımı tanınması, hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya Ədalət!” kampaniyası (“Justice for Khojaly” Campaign) haqqında məlumatlar, video və foto şəkillər yer alıb.
Bu xəbər oxucular tərəfindən 2129 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed