Şrift:
Q.Qriqoryan: Son 10 ildə Ermənistandan qanunsuz yolla 6,2 milyard dollar çıxarılıb
11.02.2014 [12:40] - Xəbərlər, Qərbi Azərbaycan-İrəvan
Ermənistandan ölkənin xarici borcundan təxminən iki dəfə çox pul çıxarılıb. Belə bir iddia ilə www.armenianreport.com saytının redaktoru Qalust Qriqoryan çıxış edib.

Rəhbərlik etdiyi saytda yazdığı məqalədə redaktor bildirir ki, 2013-cü ilin sonunda Ermənistanın dövlət borcu təxminə 4 milyard dollardır. Nüfuzlu “Global Financial Integrity” araşdırma mərkəzinin hesabatına istinad edən müəllif təkcə 2011-ci il ərzində ölkədən qeyri-qanuni yollarla 1 milyard dollardan çox vəsait çıxarıldığını yazır. Son 10 ildə isə ölkədən qanunsuz yollarla çıxarılan vəsaitin miqdarı 6,2 milyard dollardır. Bu isə o deməkdir ki, Ermənistandan ölkənin xarici borcundan təxminən iki dəfə çox pul çıxarılıb.

Q.Qriqoryan qeyd edir ki, dövlət büdcəsindən mənimsənilən vəsaitin həcmi pik həddə çatıb. Bundan bezən əhali isə çıxış yolunu ölkəni birdəfəlik tərk etməkdə görür. Bu isə hakimiyyətin yuxarı qatının xeyrinədir. Çünki dövlət büdcəsini şəxsi cibi hesab edən hakimiyyət bununla pensiya, büdcə təşkilatlarının xərclərini, o cümlədən digər xərcləri azaltmaq imkanı qazanır. Necə deyərlər, daha az insan daha çox hava.

Hakimiyyətin ünvanına ittihamlar səsləndirən müəllif bu haqsızlığa və talançılığa son qoyulmasını istəyir. Lakin Q.Qriqoryanın fikrincə, bu, sadə ermənilər üçün yalnız xülyadır. Çünki indiki zamanda, xüsusən, əhalinin ölkəni belə sürətlə tərk etməsi fonunda harınlayan və büdcəni öz şəxsi maraqları naminə talan edən məmurlara sayı günbəgün azalan və mənən, ruhən düşgün xalqın “dur” deməsi çox çətindir.
Bu xəbər oxucular tərəfindən 1546 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed