Şrift:
Azyaşlı istedad İbrahimin yaradıcılıq dünyası
11.02.2014 [12:59] - Gənclik, Mədəniyyət
Qurban Abbasov adına mədəniyyət evində fəaliyyət göstərən Ruslan Rüstəmovun rəhbərliyilə “Rəssamlıq dərnəyi”nin öyrəncilərindən olan İbrahimin on ıkı yaşı var. İbrahim rəsm yaradıcılığı ilə bərabər şeir də yazır. Onun şeirlərində əsasən Vətənpərvərlik və qəhrəmanlıq tərənnüm olunur. Kiçikyaşlı İbrahimin bədii təfəkkürünün bu yöndə formalaşması onun parlaq gələcəyindən xəbər verir. İbrahimə belə bir yolda uğurlar arzulayırıq və onun şeirlərindən ikisini, eyni zamanda rəsmlərindən bir neçəsini sizə təqdim edirik.



KOROĞLU

Koroğlu Çənlibel
dəlisidir,
Nərəsi şir nərəsidir.
Mərdlərin də mərdidir.
Koroğlu igid paşa-
İgidlərin ağası,
Namərdlərin bəlası.
İgidləri qoşa-qoşa
Girər qanlı savaşa.
Biri Dürat, biri Qırat
Meydanda açarlar qanad.

MÜBARİZ

Vətən qoruyucusu-
gələcək qurucusu.
Mübariz İbrahimov,
Düşmənin gözünü ov,
yuvasına qədər qov!
Əlindən zara gəldilər
Güllələr sözn dedilər.
ermənilər tir-tir əsdilər,
Əlindən dad elədilər...

Azyaşlı istedad İbrahimin yaradıcılıq dünyası

Azyaşlı istedad İbrahimin yaradıcılıq dünyası

Azyaşlı istedad İbrahimin yaradıcılıq dünyası

Azyaşlı istedad İbrahimin yaradıcılıq dünyası















Hazırladı Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 1331 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed