Şrift:
FİFA hakimi: Xəzər Lənkəran – Neftçi matçından sonra ünvanıma kifayət qədər təhqirlər gəldi
11.02.2014 [13:54] - İdman
“Hər şeyi oyunun protokoluna qeyd etmişəm. Nə olubsa, hamısını yazmışam”. Bu sözləri apasport.az saytına FİFA referisi Rəhim Həsənov deyib.



Topaz Premyer Liqasının XX turunun qalmaqallı “Xəzər Lənkəran” - “Neftçi” matçının baş hakimi olan Rəhim Həsənov bu görüşün son dəqiqələrində daha çox diqqət mərkəzinə düşdü. O, Adrian Skarlatakenin hesabı bərabərləşdirməsindən dərhal sonra 3 futbolçuya qırmızı vərəqə göstərərək, meydandan qovdu.



Bunlar “Neftçi”nin braziliyalı müdafiəçiləri – Karlos Kardoso ilə Bruno Bertuççi, eləcə də “Xəzər Lənkəran”ın üzvü Ağabala Ramazanov idi.



Legionerlərin qırmızı vərəqə almalarının səbəbi məlumdur. Onlar 21 yaşadək millimizin hücumçusu olan Ağabalanı sözün əsl mənasında “şil-küt” ediblər. Elə onların bu addımının səbəbi də məlumdur. Ramazanov qeyri-etik jest göstərib. Ancaq bu jestin kimə qarşı edildiyi bəlli deyil.



Həsənovun sözlərinə görə, qoldan sonra Ağabala Ramazanov rəqibin serbiyalı qapıçısı Saşa Stamenkoviçə acıq vermək qərarına gəlib: “O, həmkarına qarşı təhqiredici jest işlətdi. Kardoso ilə Bertuççi isə Ramazanova qarşı aqressiv oldular. Mən də bunun cavabı olaraq, onları birbaşa qırmızı vərəqə ilə meydandan qovdum”.



Yeri gəlmişkən, Rəhim Həsənovun “Facebook” sosial şəbəkəsindəki profili Lənkərandakı oyundan sonra bağlanıb: “Xəzər Lənkəran” – “Neftçi” matçından sonra ünvanıma kifayət qədər yersiz iradlar, təhqirlər, qeyri-etik sözlər gəldi. Bu üzdən də profilimi bağladım”.
Bu xəbər oxucular tərəfindən 798 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed