Şrift:
Güney Azərbaycanlı tədqiqatçı ustad Əbdülhüseyn Nahidi Azər dünyasını dəyişib
11.02.2014 [14:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanlı tədqiqatçı ustad Əbdülhüseyn Nahidi Azər vəfat edib.
Mərhum fevralın 11-də Təbrizdə vadiye rəhmətdə dəfn ediləcək və yas mərasimi isə Maralanda keçiriləcək.

Qeyd edək ki, Ustad Nahidi Azər 1938-ci ildə Qurugöl yaxınlığında Şibli gədiyi ətəklərində yerləşən Yusufabad kəndində doğulmuşdu. O ibtidai məktəbi kənddə, orta təhsilini isə Təbrizdə sona çatdırmışdı. Ustad uzun müddət Şəbistərin kəndlərində müəllimlik edib və eyni zamanda Təbriz Universitetində tarix və coğrafiya ixtisasında təhsilini davam etdirmişdir. Daha sonra o Təbriz məktəblərində tədrislə məşğul olmuşdur. Ustadın məşrutə inqilabı və başqa mövzularda çoxsaylı məqalə və kitabları çap edilib.

“ALLAH rəhmət eləsin”
Bu xəbər oxucular tərəfindən 1013 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed