Şrift:
Dünya türklərinin döyüş sənətləriylə məşğul olacam
11.02.2014 [14:59] - Türk dünyası-Turan, İdman
Vasif Namazov: "Mənim ömrümdən gedir. Mən daha çox işlər görüb millətimə xeyr vermək istəyirəm."

Bir Neçə gün əvvəl Sayokan Dünya Federasiyasının Azərbaycan təmsilçısı və Azərbaycan Sayokan Federasiyasının prezidenti Vasif Namazov hər iki vəzifəsindən istefa verdi. Onun ardınca isə federasiyanın rəhbərliyindən kütləvi istefalar oldu. Lakin, heç kim bu istefaların səbəbi barədə danışmaq istəmədi. Nəhayət ki, Vasif Namazovun özü suallarımızı cavablandırdı.
Onu da qeyd edim ki, artıq federasiyanın yeni prezidenti seçilib və Vasif Namazov da ASF-nin daimi fəxri prezidenti elan olunub.

- Vasif müəllim, sizi necə təqdim edək?
- Istədiyiniz kimi.

- Azərbaycan Sayokan Federasiyasının fəxri prezidenti kimi olar?
- Xeyr, istəmirəm. Sayokan mənim üçün bitdi. Çox sağ olsun, Aqil Acalov və Azərbaycan Sayokan Federasiyasının Idarə Heyyəti ki, məni ASF-in fəxri prezidenti seçiblər. Bu qiymətləndirməyə görə mən onlara təşəkkür edirəm. Amma, mən istəmirəm məni bu statusla təqdim edəsiniz. Eləcə, Vasif Namazov. Öz adım bəsimdi. Adım elə statusumdu. Əlavə statusa ehtiyacım yoxdu.

- Vasif bəy, hal hazırda çox böyük bir diqqət mərkəzində hər kəs nə olduğunu bilmək istəyir. Bəlkə niyə istefa verdiyinizi açıqlayasınız? Səbəb axı nə oldu ki, birdən birə bütün görəvlərinizdən istefa verdiniz. Həm təmsilçilikdən, həm ASF prezidentliyindən, hətta idarə heyyəti üzvlüyünüzdən.
- Bilirsiz, bunun elə də böyük bir səbəbi yoxdu. Səbəbi sadəcə budur ki, mən çalışmaq istəyirəm. Mənim etmək istədiklərim üçün Sayokanda şərait yoxdu. Mənim isə ömrümdən gedir. Mən daha çox işlər görüb millətimə xeyir vermək istəyirəm. Bunun üçün idman sahəsində dövlətimiz çox gözəl şərait yaradıb. Bundan istifadə edərək türk dünyasına çox böyük bir xeyir verə biləcəyimi düşünürəm.

- Misal üçün Sayokanda hansı şərait yoxdu?
- Siz məni bir çox şeylərə açıqlama verməyimi istəyirsiniz. Ancaq, bunu etməyəcəm. Çünki, Sayokan içində olan qardaşlarımıza zərər vurmaq istəmirəm. Əslinə qalsa səbəb axtarsaq, çox böyük səbəblər deyə bilərəm. Ancaq, bütün bunlar mənasız şeylərdi. Türkdən türkə düşmən kəsilməz. Mən, 5 il ərzində çox böyük zəhmətlər çəkdim. Sayokanı Azərbaycana gətirərək onun bazasını qurdum, formalaşdırdım. Bunu türk dünyasına, millətimə xeyr vermək üçün elədim, kiməsə görə yox.

- Yaxşı, o zaman deyin, bundan sonra nə işlə məşğul olacaqsınız?
- Əlbətdə ki, idmanla, dünya türklərinin döyüş sənətləriylə.

- Hər hansısa bir adı varmı?
- Təqdimat mərasiminə sizi dəvət edəcəm

Emil Səlimov
Bu xəbər oxucular tərəfindən 946 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed