Şrift:
Baki-Bağdad münasibətləri inkişaf edir
12.02.2014 [09:52] - Gündəm, Siyasət
Azərbaycan İraqda səfirliyini açmağı planlaşdırır. Bu sözləri Bağdadda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov İraqın baş naziri Nuri Əl - Maliki ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan tezliklə Bağdadda səfirliyini açacaq və terrorizmə qarşı mübarizədə İraqa yardım edəcək:
"Bakı Bağdad ilə əməkdaşlıq və bütün bölgəni təhdid edən terrorla mübarizədə məlumat mübadiləsi aparacaq".
"Azərbaycan şirkətləri İraqda iş və xüsusilə enerji sektorunda investisiya yatırmaq istəyir" sözlərini deyən xarici işlər naziri Azərbaycan Milli Məclisin İraqda diplomatik nümayəndəlik açmaq üçün razılıq verdiyini də sözlərinə əlavə edib.
Bu xəbər oxucular tərəfindən 884 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed