Şrift:
Bakıda NATO qiymətləndirməsi üzrə təlimə hazırlıqla əlaqədar məsləhət görüşü keçirilir
12.02.2014 [11:22] - Gündəm, Hərb
Bakıda Azərbaycan Silahlı Qüvvələrinin Əməliyyat İmkanları Konsepsiyası taborunun (OCC) 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təliminə hazırlıqla əlaqədar məsləhət görüşü keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.



Şimali Atlantika Alyansını təmsil edən hərbi mütəxəssislər təlimdə iştirak edəcək bölmənin NATO standartlarına uyğun döyüş hazırlığına malik olması üçün Azərbaycan ordusunun tədbirə qatılmış zabitlərinə öz məsləhətlərini veriblər. Əvvəlcə ekspertlərin və Azərbaycan ordusu zabitlərinin brifinqləri dinlənilib, sonra isə iştirakçılar qruplara bölünərək tapşırıqların icrası ilə bağlı məsləhətləşmələr aparıblar.


Tədbir fevralın 13-də başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 807 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed