13.02.2014 [09:58] - Gündəm, DAVAMın yazıları
Bu ay Dağlıq Qarabağ münaqişəsinin sonuncu dəfə alovlanmasının 26 ili tamam olur. Bu müddətdə işğala məruz qalmış şəhər və rayonlarımızdan söhbət düşəndə, təəssüf ki, əsasən Dağlıq Qarabağ və onun ətrafındakı bölgələrin adı çəkilir. Üstəlik, burada da müəyyən natamamlığa yol verilir. Məsələn, indiki ərazi bölgüsü ilə Tərtər rayonunun böyük bir hissəsi işğal altındadır. Amma Tərtərin adı işğala məruz qalmış ərazilər arasında, demək olar, çəkilmir.
Qarabağ bölgəsindən qıraqda da işğala məruz qalmış ərazilərimiz var. Söhbət Qazax və Sədərək rayonlarından gedir.
Məsələ ilə bağlı “Media forum” saytı “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, tarixçi alim Elçin Əhmədova müraciət edib.
Ermənistanın etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinin nəticələrindən danışan Elçin Əhmədov qeyd edib ki, 1990-1992-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi bütünlüklə işğal edilib. 1991-ci ilədək olan ərazi bölgüsünə əsasən Dağlıq Qarabağ bölgəsi Şuşa, Əsgəran, Mardakert (Ağdərə), Martuni və Hadrut (Xocavənd), rayonlarından, Stepanakert (Xankəndi) şəhərindən ibarət olub – ümumilikdə 4,4 min kvadrat kilometr. Bu ərazilər indi bütünlüklə işğal altındadır.
1990-1992-ci illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Qazax rayonunun 7 kəndi (Bağanıs-Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrımlı, Qızıl Hacılı, Sofulu, Barxudarlı) yandırılıb, talan edilib və dağıdılıb. Hazırda Qazax rayonunun 75 yaşayış məntəqəsinin təxminən 8%-i işğal altındadır.
1990-cı ildə Naxçıvan Muxtar Respublikasının 221 yaşayış məntəqəsindən biri – Sədərək rayonunun Kərki kəndi zəbt olunub və indiyədək işğal altındadır. Bu o deməkdir ki, Sədərək rayonun ümumi ərazisinin 0,5%-i hazırda işğaldadır.
1992-1993-cü illər arasında Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını da işğal edib – bəzisini tam, bəzisini qismən.
Beləliklə, hazırda Azərbaycanın 8 şəhər və rayonu – Xankəndi, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı və Cəbrayıl bütünlüklə işğal altındadır.
Tərtər, Ağdam, Füzuli, Xocavənd, Qazax və Sədərək rayonlarının bir hissəsi işğaldadır. Milli Məclisin 13 oktyabr 1992-ci il qərarı ilə ləğv edilmiş Tərtər rayonunun inzibati tərkibinə verilmiş Ağdərə şəhəri və 13 kənd (Umudlu, Zəylik, Metsşen, Möhrətağ, Ağabəyələnc, Mağavuz, Akop Kamari, Minqrelsk, Nerkin Oratağ, Qasapet, Canyataq, Dəmirli, Gülyataq) işğal altındadır. Yəni hazırda Tərtər rayonunun bu əraziləri işğaldadır.
Ağdam rayonunun 77,4 %-i işğaldadır (1 şəhər, 80 kənd). Quzanlı qəsəbəsi və 10 kənd, yəni ümumi ərazinin 22,6%-i Azərbaycanın nəzarətindədir. Füzuli rayonu: 1 şəhər, 1 qəsəbə, 58 kəndi işğaldadır.
1994-cü ildə Horadiz qəsəbəsi və 22 kənd işğaldan azad edilib və Azərbaycanın nəzarətindədir. Yeni salınmış 12 qəsəbə və 21 kənddə 114 452 əhali məskunlaşıb.
Xocavənd rayonu: yalnız Nərgiztəpə adlanan hissəsi (114 min kvadratmetr) Azərbaycanın nəzarətindədir.

Bu xəbər oxucular tərəfindən 1067 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |