13.02.2014 [11:00] - Mədəniyyət
Fevralın 12-də məşhur caz ifaçısı, “Qremmi” və “Toni” mükafatları laureatı Di Di Bricuoterin Bakıda, Heydər Əliyev Mərkəzində solo-konserti keçirilib.
Heydər Əliyev Mərkəzinin rəsmi saytının verdiyi xəbərə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konsertdə iştirak edib.
Konsertin əvvəlində çıxış edən Di Di Bricuoter Mehriban Əliyevanı salamlayaraq, Heydər Əliyev Mərkəzinin möhtəşəm salonunda çıxış etməkdən qürur duyduğunu bildirib.
Müasir caz vokal sənətinin ulduzlarından olan Di Di Bricuoter konsert proqramında məşhur kompozisiyalarını, eləcə də tanınmış amerikalı caz ifaçıları Ebbi Linkoln və Billi Holideyin repertuarından əsərlər ifa edib.
Konsertdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva caz ifaçısı Di Di Bricuoterlə görüşüb. “Bugünkü publikaya heyran oldum. Bakı gözəl şəhərdir və Avropa Olimpiya Oyunları zamanı bura yenidən gəlmək istərdim. Hazırda isə Bakıdan çox gözəl təəssüratlarla ayrılıram” - deyə Di Di Bricuoter bildirib.

Bu xəbər oxucular tərəfindən 855 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |