Şrift:
Pentaqon: "İsrail Yaxın Şərqdən təcrid olunur"
04.12.2011 [18:39] - Gündəm
İsrail Yaxın Şərqdə getdikcə daha çox təcrid olunur. Bunu Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Leon Panetta bildirib. Pentaqon rəhbəri İsraili Yaxın Şərqdə təhlükəsizliyin qorunması üçün region ölkələri ilə münasibətləri yaxşılaşdırmağa çağırıb.

"İsrail regionda stabilliklə bağlı ortaq maraqları olan Türkiyə, Misir və İordaniya kimi ölkələrlə münasibətləri düzəldə bilər. Bu sahədə mühüm əlaqələri bərpa etmək və inkişaf etdirmək üçün həlledici vaxtdır. Yaxın Şərqdə təhlükəsizlik və rifaha nüvə ilə silahlanmış İrandan böyük təhlükə ola bilməz. Buna görə də bu regiona yanaşmamızın mühüm bir tərəfi İranı nüvə silahı hazırlamaqdan çəkindirmək və bütün regiona təhlükə törədəcək fəaliyyətlərdən daşındırmaqdır".- deyə, Leon Panetta bildirib.

L. Panetta həmçinin ABŞ-ın dövlət katibi Hillari Klintonun dəfələrlə etdiyi çağırışı təkrarlayaraq, İsraili fələstinlilərlə sülh danışıqlarını bərpa etməyə çağırıb. "Sadəcə danışıqlar masasına əyləşin!" - Pentaqon rəhbəri belə deyib.
Bu xəbər oxucular tərəfindən 907 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed