Şrift:
Təhsil naziri müəllimlərə ev və torpaq verilməsindən danışdı
13.02.2014 [12:42] - Gündəm, Sosial
Mikayıl Cabbarov: "Təhsil Nazirliyi bölgələrdə müəyyən ixtisaslar və fənlər üzrə müəllim çatışmazlığını tanıyır"
Təhsil Təhsil naziri Mikayıl Cabbarov bölgələrdə dərs deməyə göndərilən müəllimlər üçün nəzərdə tutulan imtiyazlara ediləcək dəyişiklərə ilə bağlı açıqlama verib.
Nazir qeyd edib ki, hal hazırda Azərbaycan qanunvericiliyi bölgələrdə fəaliyyət göstərən müəllimlər üçün əlavə imtiyazlar nəzərdə tutulub: “Ümumilikdə Təhsil Nazirliyi bölgələrdə müəyyən ixtisaslar və fənlər üzrə müəllim çatışmazlığını tanıyaraq eyni zamanda fənn müəlimlərinin hazırlığı prosesində praktiki təcrübəyə kifayət qədər yer ayrılmadığını tanıyaraq gələcəkdə müəəlim ixtisası üzrə hazırlnacaq tələbələrin məcburi şəkildə təcrübəni keçməsini təmin edəcək”.

Həmçinin qanunsuz ixtisas dəyişmə prosesinə də toxunan nazir qeyd edib ki, Təhsil Nazirliyi və müxtəlif dövlət orqanları tərəfindən bu proseslə bağlı mübarizə aparılır: “O ki qaldı qanunvericilik çərçivəsində müəllimlərin yeni ixtisaslara yiyələnməsi qanun çərçivəsində baş verirsə və buna qanunla icazə verilirsə bu normaldır. Biz təhsil üzrə olan bu və ya digər mənfi hallarla davamlı olaraq kampaniya şəklində mütəmadi olaraq mübarizə aparacağıq. Onların mövcud qanunvericilk çərçivəsində fəaliyyət göstərmələrinə nəzarət edəcəyik. Əgər qanunvericiliyin təkmilləşməsinə ehtiyac varsa və bunu Təhsil Nazirliyi tanıyırsa bu barədə müvafiq vəsatətləri qaldırırıq və qanunvericilik mərhələsinin təkmilləşməsinə çalışırıq”.
Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed