Şrift:
Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə iqtidar partiyası “Yedinaya Rossiya” qalib gəlib
05.12.2011 [10:26] - Xəbərlər
Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə hakimiyyətdəki “Yedinaya Rossiya” (Vahid Rusiya) Partiyası qələbə qazanıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, Mərkəzi Seçki Komissiyası bülletenlərin 95%-nin hesablanmasını başa çatdırıb. Buna əsasən “Yedinaya Rossiya” 49,67%, Kommunist Partiyası 19,13%, “Spravedlivaya Rossiya” 13,18%, Liberal-Demokrat Partiyası isə 11,66% səs toplayıb. Digər siyasi partiyalar 7%-lik minimum baryeri aşa bilməyiblər. Müxalifətçi “Yabloko” Partiyasının 3,25% səs aldığı açıqlanıb. “Yabloko” yalnız Moskva və Sankt-Peterburqada 7%-lik baryeri keçə bilib.

Qeyd edək ki, “Yedinaya Rossiya”nın namizədlər siyahısına prezident Dmitri Medvedev başçılıq edir. Ötən seçkidə Vladimir Putinin rəhbərliyi ilə partiya 64,3% səs almışdı.

Dövlət Duması 450 deputatdan ibarətdir. Yeni parlament 5 il müddətinə seçilib.
Bu xəbər oxucular tərəfindən 1917 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed