17.02.2014 [11:06] - Gündəm, Siyasət
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda konfrans keçirilib.Tədbirdə üç strateji müttəfiq arasındakı münasibətlərin bu günü, regional siyasətin müəyyənləşdirilməsinə təsir imkanları, onlara qarşı yönəlmiş təhlükələrə cavab vermə mexanizmi və münasibətlərin gələcəyi müzakirə olunub.
Konfrans Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov açılış nitqi ilə başlayıb. Moderatorunun ADA Universitetinin professoru Taleh Ziyadovun olduğu “Üçtərəfli strateji əməkdaşlıq və regional təhlükəsizliyin müasir vəziyyəti” mövzulu birinci panelin məruzəçiləri SAM-ın direktoru Fərhad Məmmədov, Qara Dəniz Strateji Araşdırmalar Mərkəzinin direktoru (Türkiyə) Yalçın Sarıkaya və Gürcüstanın Siyasət Mərkəzinin direktoru Korneli Kakaçia olub.
Daha sonra tədbir “Müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivləri” mövzulu xüsusi sessiya ilə davam edib. Xüsusi sessiyanın moderatoru SAM-ın aparıcı elmi işçisi Zaur Şiriyev, məruzəçiləri isə Türkiyə Müdafiə Sənayesi Katibliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri Yaqub Taşdələn və Gürcüstan Müdafiə Nazirliyinin “Delta” Hərbi-Elmi Texniki Mərkəzinin direktoru Uça Dzodzuaşvili olub.
Moderatorunun SAM-ın İqtisadiyyatın təhlili və qloballaşma şöbəsinin müdiri Vüsal Qasımlının olduğu " İqtisadi potensialın inkişafı: enerji, daşınma və investisiya layihələri" mövzulu ikinci panelin məruzəçiləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov, “Turkish Policy Quarterly” jurnalının baş redaktoru (Türkiyə) Nigar Göksəl və Gürcüstan Universitetinin professoru (Gürcüstan) Akaki Tsomaia olub.
Üçtərəfli strateji əməkdaşlığın gələcəyi” mövzulu üçüncü panelə SAM-ın Xarici siyasətin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov moderatorluq edib. Tədbir üçüncü panelin məruzəçiləri SAM-ın baş elmi işçisi Cavid Vəliyev, Kadir Has Universitetinin professoru (Türkiyə) Mitat Çelikpala və Gürcüstan Strateji Araşdırmalar İnstitutunun prezidenti, Gürcüstanın sabiq xarici işlər və ədliyyə naziri Eka Tkeşelaşvilinin çıxışları ilə öz işini bitirib.
Konfransın materialları əsasında konfransın məruzəsi hazırlanacaq və nəşr olunacaq.

Bu xəbər oxucular tərəfindən 1193 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |