Şrift:
MHP-nin namizədi təyziq altında!
17.02.2014 [11:56] - Gündəm, Türk dünyası-Turan
Türkiyə mətbuatının verdiyi xəbərə görə, Türkiyənin Millətçi Hərəkat Partiyasının növbəti bələdiyyə seçkilərindəki başqanlığa namizədinin namizədliyini geri götürməsi ilə bağlı şok iddia yayılıb.

MHP-nin Diyarbakırın Dəclə ərazisindən namizədi PKK terror təşkilatının təyziqi ilə namizədliyini geri çəkib. MHP sədrinin köməkçisi Sadir Durmaz namizədlərinin ailəsinə qarşı hədə-qorxu olduğunu qeyd edib. Keçmiş namizədin yerinə partiya yeni namizəd təyin edilib. Keçmiş namizəd Berzan Bektaş isə açıqlamasında ailəliklə BDP-ni dəstəklədiklərini bildirib.

MHP sədr müavini Sadir Durmaz keçmiş namizədlərinin təyziq altında olduğunu, hazırda Berzan Bektaşın və ailəsinin Millətçi Hərəkat Partiyası ilə heç bir əlaqəsi olmadığını dilə gətirib.
Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed