Şrift:
Ötən il 670 min erməni Rusiyaya köçüb
18.02.2014 [11:19] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanda bahalıq, əmək haqqının azlığı, iqtisadiyyatın tənəzzülü, yoxsulluğun artması əhalini xarici ölkələrə, o cümlədən Rusiyaya köçməyə məcbur edir.
2013-cü ildə Rusiyaya gedən ermənilərin sayı ötən illərlə müqayisədə 20 faiz artaraq 670 minə çatıb. Bu barədə AzərTAc məlumat yayıb.
Cari ilin altı həftəsi ərzində 8 min erməni Rusiyaya getmək üçün bu ölkənin İrəvandakı səfirliyinə müraciət edib.
Rusiyaya gedən ermənilərin əksəriyyəti bu ölkədə hər cür ağır şəraitdə yaşamağı onlara gələcəkləri üçün heç nə vəd etməyən doğma yurdlarına qayıtmaqdan üstün tutur.
Bu xəbər oxucular tərəfindən 1112 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed