18.02.2014 [11:24] - Gündəm, Türk dünyası-Turan
Cenevrədə Türkiyənin İrana qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başlayır. İddia İranın bu ölkəyə təbii qazı yüksək qiymətə satması ilə bağlıdır. Türkiyənin iddiası təmin olunarsa, İrandan aldığı qazın qiyməti 440 dollara düşəcək. Türkiyə qazın qiyməti ilə bağlı İranı ötən il məhkəməyə verib. 1996-cı ildə iki ölkə arasında imzalanmış müqaviləyə əsasən, Türkiyə hazırda ən bahalı qazı İrandan alır. Türkiyənin ifrat rəqəm hesab etdiyi bu qiymətə qaz almaq istəməməsi barədə diplomatik danışıqlar nəticə verməyincə, bu ölkə Beynəlxalq Arbitraj (Arbitrage) Məhkəməsinə müraciət edib.
Türkiyə İrana 1000 kubmetr (metr-i mükəəb) qaz üçün 490 dollar əvəzində 440 dollar ödəmək istəyir. "Botaş" xətti ilə bu ölkə hər il İrandan 8 milyard kubmetr qaz alır və bunun üçün 4 milyard dollara yaxın məbləğ ödəyir. Məhkəmədə qalib gələcəyi təqdirdə Türkiyə həmin qaz üçün ildə təxminən 400 milyon dollar az pul ödəyəcək.
İran hər il 9 milyard kubmetr qazı iki müştərisi olan Türkiyə və Ermənistana satır. Ermənistan İrandan aldığı 1000 kubmetr qaz üçün cəmi 250-300 dollar ödəyir. Əvəzində İran ən böyük müştərisindən ən yüksək məbləği alır.
Türkiyə, həmçinin Rusiya qazı üçün 440 dollar, Azərbaycan qazı üçün isə 330 dollar ödəyir.

Bu xəbər oxucular tərəfindən 851 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |