18.02.2014 [15:15] - Gündəm, Diaspor
Xomeyniçilik-şiəçilik, vəhabilik, sələfilik, xristian missionerlik, yəhudilik, nurçuluq-gülənçilik tüğyan edir». Bunu “OLAYLAR” açıqlamasında Kanadada yaşayan güneyli siyasi mühacir Hüseyn Türkelli deyib. Onun sözlərinə görə, xurafat insanların məişətinə, yaşam tərzinə təsir edib: “İnsanların hətta gündəlik dili dəyişib. Köhnə dostlara zəng edib kefini soruşursan adama "Əlhəmdülillah, İnşallah, Maşallah və s" deyə cavab verirlər. Adamın uşağı qrip olur, həkimə göstərmək, dərman içirtmək əvəzinə "Mir mövsüm Ağa"ya nəzir deyir! Ədəbiyyat üzrə magisraturanı bitirmiş adamın uşağı kreslodan yıxılır, qolu qırılır, deyir "qurbanının vaxtı keçmişdi, ona görə belə oldu!" Oğul " atam içki içir" deyə atasının üzünə qayıdır. Qardaş-qardaşa düşmən olur, çünki biri xomeyniçidir, o biri fətullahçı. Ailələr dağılır, uşaqlar başsız qalır. Çünki kişi birdən-birə saqqal buraxmağa və həyat yoldaşını çarşaba bürünməyə məcbur etmək istəyir. Qadın isə buna razılıq verməyəndə ailə dağılır. Dini eksterimizm artıq ictimai bəlaya çevrilib. Dini irtica toplumu parçalayıb”. “Dini irtica hətta bəzilərini öz dövləti və millətinə xəyanət etməyə sövq edir” deyən Hüseyn Türkellinin fikrincə, Güney Azərbaycanda belə durum daha yaxşıdır: “Quzeydə yayılan dini irtica Azərbaycanın bütövlük ideyalarına da ağır zərbələr vurmaqdadır. Belə ki, Güneyde sekulyarizm aparıcı fikir cərəyanıdırsa, Quzeydə dinçilik aparıcı "düşüncə" tərzinə çevrilməkdədir. İran kəşfiyyatı və ya başqa dost olmayan kəşfiyyat orqanları dindən sui-istifadə etməklə insanları öz xalqına qarşı qoyurlar. İnsanları düzgün əsaslandırılmış elmi və məntiqi gerçək axtarışından yayındırmaq və onlara öncədən müəyyən edilmiş və elmi baxımdan sübut olunmamış "gerçəkləri" aşılamaq bütün dinlərin ortaq cəhətidir. Azərbaycan dövləti dini irtica, cəhalət və ekstremizmlə mücadilə metodlarını gözdən keçirməlidir”. Güneyli ekspert hesab edir ki, dini radikallara qarşı sərt mübarizə uyğun metod deyil: “Vəhabini tutub saqqalını qırxmaq problemin həll yolu deyil. Cəhalətə qarşı mücadilə bilik təməli olmalıdır. İnsanları bilgiləndirmək lazımdır! Məktəb və universitetlərdə öyrəncilərə icbari fəlsəfə dərsləri keçilməlidir. Təbii, müəllifi mollalar olan dini fəlsəfə dərsləri deyil, ağıllı sosioloqların ortaya qoyduğu bir fəlsəfə dərsliyi keçilməlidir”. Hüseyn Türkelli hesab edir ki, insanların dinə meyllənməsi həm də maddi sıxındılarla bağlıdır. Belə ki, bir çoxları iqtisadı çətinlik üzündən din alverçilərinin toruna düşür: “İnsanların sosial durumu yaxşılaşdıqca din alverçilərinin bazarı da ölür. Dini xurafat daha çox kasıb insanlar arasında yayılır. Bunu daim nəzərdə saxlamaq lazımdır”.
Elman
Elman
Bu xəbər oxucular tərəfindən 1194 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |