Şrift:
Pakistan XİN: İran hərbçilərinin Pakistan ərazisində əməliyyat keçirməsi üçün heç bir icazə yoxdur
19.02.2014 [13:21] - Siyasət, Hərb
“əl-Ərəbiyyə” telekanalının fars redaksiyasının verdiyi məlumata görə, bununla bağlı Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.



Sənəddə qeyd olunub ki, İran tərəfinin bu cür addımları beynəlxalq hüquq normalarının pozulmasına gətirib çıxaracaq: “Hazırda Pakistan ərazisində İranın girov götürülmüş sərhədçilərinin mövcudluğunun şahidi deyilik. Hər iki ölkə beynəlxalq sərhədləri daxilində bir-birinə hörmət etməlidir”.



Qeyd edək ki, İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlı iranlı sərhədçilərin “Ceyşül-Ədl” silahlı qruplaşması tərəfindən girov götürülməsi səbəbindən Pakistana və İrana qoşun yeridiləcəyi ehtimalından danışıb. Onun sözlərinə görə, rəsmi Tehran artıq İslamabad və Kabildən iranlı sərhədçilərin qaytarılması üçün səylər göstərməsini istəyib: “Əks təqdirdə, İran sərhədyanı zonaya öz qoşunlarını yeritmək hüququndan istifadə edə bilər”.
Bu xəbər oxucular tərəfindən 876 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed