19.02.2014 [15:47] - İdman
Misirin Luksor şəhərində taekvondo üzrə təşkil olunan "Luxor Open" turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan millisi 3 qızıl və 3 bürünc medal qazanıb.
Taekvondoçularımızdan Mikayıl Əliyev (54 kq), İlkin Şahbazov (74 kq) və Fəridə Əzizova (67 kq) bütün rəqiblərinə qalib gəliblər. Onlardan fərqli, Samir Aydınov (54 kq), Ramin Əzizov (80 kq) və Radik İsayev (87 kq) bürünc medalla kifayətləniblər. Qeyd edək ki, komanda hesabında 2-ci olan yığmamız vətənə bu gün qayıdacaq.

Bu xəbər oxucular tərəfindən 863 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |