Şrift:
İrandan Azərbaycana külli miqdarda psixotrop dərman keçirilməsinin qarşısı alınıb
20.02.2014 [10:12] - Hadisə
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumata görə, 14 fevral 2014-cü il tarixdə saat 04.30 radələrində Yardımlı rayonunun Abbasalı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfərdən ibarət qaçaqmalçı qrupun külli miqdarda qaçaqmalı İran İslam Respublikasından Azərbaycana keçirmək cəhdinin qarşısı alınıb.

Qaçaqmalçılara məxsus 5 yeşikdə 14 min 088 kanvalyut “travamis”, “opidol,” “tamol-xx” psixotrop dərman preparatları aşkar edilərək götürülüb.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat istintaq tədbirləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 903 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed