Şrift:
Güneyli musiqiçi Xosrov Əmiri: İranda musiqimiz də dilimiz kimi basqı altındadır – Audio / Video
21.02.2014 [09:59] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Türkiyədə mühacirətdə yaşayan güneyli müğənni Xosrov Əmiri “Amerikanın Səsi” ilə söhbətində öz sənəti və fəaliyyətləri haqda danışmış, güneydən xaricə mühacirətinin səbəbini açıqlamışdır. İncəsənət ustadı eləcə də İran İslam Respublikasının Azərbaycan musiqisi, habelə türk dili və mədəniyyətinə qarşı tətbiq etdiyi məhdudiyyətlər və basqıları şərh edib.
1989-ci ildə musiqi sahəsində təhsil almaq üçün Azərbaycan Respublikasına gedən Xosrov Əmiri həmin sahədə ali təhsilini bitirdikdən sonra güneyə dönərək geniş sənət fəaliyyətlərinə başlayıb.
2000-ci ildən etibarən Təbriz, Urmiyə və Tehran kimi şəhərlərdə konsertlər təşkil etməyə başlayan sənətçi fəaliyyətlərinə başladığı ilk günlərdən İran hakimiyyətinin qoyduğu muxtəlif məhdudiyyətlərlə üzləşib.
Muğənni ən çox İran polis orqanı olan Əmakin İdarəsinin basqılarına məruz qaldığını qeyd edib:
“Elə ilk konsertimdə Əmakinin tətbiq etdiyi bir çox məhdudiyyətlə üzləşdim. Əmakin konserti Quran və İran İslam Respublikasının dövlət himni ilə başlamaq məcburiyyətində olduğumuzu bildirdi. Onlar həmçinin dedilər ki, piano çalan xanım tamaşaçılar tərəfindən görünməməlidir, pərdə arxasında çalmalıdır. Yasaqlar bu növ basqılarla başladı.”
“Onlar mahnılarda oxunan şeirlərə belə mudaxilə edirdilər. Hətta folklor şeirlərinin sözlərini dəyişdirməyimizi istəyirdilər,” deyə Əmiri İran İslam Respublikasının musiqi sahəsində tətbiq etdiyi hərtərəfli nəzarəti təsvir edib.
Xosrov Əmirinin sözlərinə görə, Əmakin İdarəsi onun konsert keçirməsini qadağan edib. Lakin güneyli sənətçi Azərbaycan musiqisi və ana dili uğrunda fəaliyyətlərini dayandırmayıb. O, digər dostları ilə birlikdə türk dilində Çalğı adlı musiqi dərgisi yaymağa başlayıb.
Təbrizli musiqiçi sonralar sənət fəaliyyətlərini davam etdirə bilmək üçün ölkəni tərk etmək məcburiyyətində qaldığını deyir.
“İndi Anakara şəhərində musiqi tədris edirəm.
Onun sözlərinə görə, İran İslam Respublikasının kültür, dil və musiqi sahəsində tətbiq etdiyi basqılar bu gün də davam etməkdədir.
“Bu hakimiyyət kültürümüzü məhv etmək istəyir. Türk dilində təhsil yoxdur. Dilimiz hansı durumdadır isə musiqimiz də eyni durumdadır,” deyə o əlavə edib.
VİDEO kilpi aşağıda izləyin

Buraya tıkla
Bu xəbər oxucular tərəfindən 1247 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed