Şrift:
Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavinlərinin sayı artırılıb
21.02.2014 [11:29] - Gündəm, İqtisadiyyat
Nazirə Azərbaycanın diplomatik nümayəndəliklərində iqtisadi-ticarət nümayəndəsi təyin etmək səlahiyyəti verilib


İqtisadiyyat və sənaye nazirinə müvafiq dövlət orqanı ilə birgə təklif əsasında Azərbaycan prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının xarici dövlətlərdəki diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatlardakı iqtisadi-ticarət nümayəndələrini vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyəti verilib.



Bu, dünən prezident İlham Əliyevin təsdiqlədiyi İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamədə əksini tapıb.



İqtisadiyyat və Sənaye Nazirliyi xarici dövlətlərdəki diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlardakı iqtisadi-ticarət nümayəndəsinin maliyyə təminatını da həyata keçirəcək. Əsasnaməyə əsasən, iqtisadiyyat və sənaye nazirinin müavinlərinin də sayı artırılaraq 5-ə çatdırılıb. Hazırda iqtisadiyyat və sənaye nazirinin 3 müavini var.
Bu xəbər oxucular tərəfindən 1499 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed