24.02.2014 [09:19] - Güney Azərbaycan xəbərləri, Türk dünyası-Turan
Keçirilən aksiya İran rejiminin Güney Azərbaycan türk millətinin Ana dilinə qarşı apardığı siyasətə etiraz olaraq həyata keçirilib. Onlarla fəal yerli vaxtla saat 11:30-da Koğulu parkında toplaşıb və İran səfirliyinə tərəf hərəkət ediblər. Aksiya iştirakçıları İranda on milyonlarla türkün dilinə qadağa qoyulması və son günlərdə təhlükəsizlik qüvvələrinin geniş miqyasda həbslərə başlamasına kəskin etiraz ediblər.
Aksiya iştirakşıları əllərində yazılı plakatlar daşıyaraq türk dilinin rəsmi olmasını tələb ediblər. Aksiyada İran rejiminin irqçi siyasətinə qarşı şüarlar səsləndirilib və tutulan milli-mədəni fəalların azadlığı istənilib.
Məlumata görə, Türkiyənin bir neçə mətbuat nümayəndəsi də xəbəri işıqlandırmaq məqsədi ilə aksiya keçirilən yerə gəliblər.
Aksiyanın sonunda bir neçə qatılımçı o cümlədən Məhbub Əmrahi tərəfindən bildiri oxunub. Bildiridə Güney Azərbaycanda insan hüquqlarının geniş şəkildə pozulması, onların Ana dili ilə bağlı hüquqlarının təmin edilməməsi və qanunsuz yerə azərbaycanlı fəalların tutuqlanmasına işarə olunub və məhkum edilib. Bildiridə BMT (Birləşmiş Millətlər Təşkilatı), insan haqları müdafiə qurumları və mediadan istənilib ki, bu məsələlərə daha çox diqqət yetirilsin.
Aksiya iştirakçıları sonda yenidən Koğulu parkına dönüb və Xocalı Soyqırımı ilə bağlı keçirilən imzatoplama kampaniyasında iştireak ediblər.
Aksiya ilə bağlı şəkillər növbəti xəbərlərimizdə yayılacaq.

Bu xəbər oxucular tərəfindən 923 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |