24.02.2014 [09:35] - Mədəniyyət
Bu günlərdə Azərbaycan Dövlət Nəşriyyatında yazıçı Vaqif Sultanlının «İnsan dənizi» romanı yenidən nəşr olunmuşdur. Hadisə və əhvalatların ötən əsrin səksəninci illərində cərəyan etdiyi romanda ölüm cəzasından qaçaraq yad şəhərdə gizlənmiş qəhrəmanın taleyi fonunda cəmiyyətin mənəviyyatına yoluxmuş özgələşmə problemi bədii həllini tapmışdır.
Romanın ərəb dilinə tərcüməçisi Qahirənin Eyn Əş-Şəms Universitetinin professoru, tanınmış türkoloq Dr.Əhməd Sami El Aydinin əsərə yazdığı ön sözdə qənaətlərini belə ifadə edir: «Vaqif Sultanlının «İnsan dənizi» romanı çağdaş Azər¬baycan nəsrinin təkrarsız örnəklərindən biri olmaqla, özünəməsus bədii özəlliklərə malikdir. Bu özünəməxsusluq romanın ideya-məzmun sərhədləri ilə məhdud¬laşmayib, həmçinin forma, dil və üslub arealını əhatə edir. «İnsan dənizi» romanında müəllifin yaratmış olduğu obrazlar daxili-mənəvi dünyasının bənzərsizliyi, təkrarsızlığı ilə seçilir. Yazıçı öz qəhrəmanlarını inandırıcı cizgilərlə, gerçək boyalarla canlandırmaq üçün bədii sözün bütün imkanlarından ya¬rarlanmağa çalışır. Kəsişən, çarpazlaşan münaqişələr fonunda obrazların mənəvi dünyasının müxtəlif baxiş bucaqlarından işıqlandırılması fərqli çalar və cizgilərin üzə çıxarılmasına imkan verir. Yazıçının bəhrələndiyi çeşidli bədii üsullar, tərz və üslub çevrilimləri hadisə və əhvalatların dramatizmini gücləndirir. Daxili monoloqların, fəlsəfi düşüncələrin üstünlüyü ilə müşayiət olunan süjet xətti həyatın sərt gerçəkliklərinə dayanan real hadisələri ehtiva edir. Müəllif təhkiyəsindən daxili monoloqlara çevik keçidlər əsərin bədii strukturunu kamilləşdirməklə yanaşı, psixologizmi artırır. Təsvir olunan lövhə və epizodların təsadüfi səciyyə daşımayıb biri-birindən törəməsi əsərin bədii tamlığını şərtləndirir».
Romanı Bakının kitab mağazalarından əldə etmək olar.

Bu xəbər oxucular tərəfindən 1133 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |