06.12.2011 [09:52] - Gündəm
Kərbəla hadisələri İslam tarixinin ən şanlı səhifələrindəndir. Aşura haqq yolunda bir orduya qarşı yetmiş iki nəfərin başına kəfən geyib döyüşə girməsinin tarixidir. Nəinki İslamda, insanlığın özündə belə örnək olacaq bir hadisədir. Bütün dinlər və təriqətlər bu tarixə ehtiramla yanaşırlar. Aşura Azərbaycanda rəsmi olmasa da, xalq arasında hər zaman matəm kimi qeyd olunur. Lakin bundan siyasi məqsədlər üçün istifadə edən qüvvələr də var. Bu gündə talassemiyalı xəstələrə qanvermə aksiyası nəzərdə tutulur. Lakin bəzi qüvvələr bunun qarşısını almaq üçün insanları zəncir döyməyə, qan çıxarmağa çağırır. Torpağa tökülmüş insan qanında isə müxtəluf cür yoluxucu xəstəliklər, mikrobların yaranması ehtimalı böyükdür. Hətta belə bir deyim vardır ki, qırğınlardan və müharibələrdən sonra Allah-Təala insanlara rəhm edərək bu qanları təmizləmək üçün yağışlar yağdırarmış.
Eyni zamanda bu günkü günlə bağlı Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvası olub.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə təziyələrin İmam Hüseynin istədiyi formada keçirilməsini istəyib. Zəncir vurmaq, qan çıxarmaq, küçələrə çıxıb, səs-küy salmağın bizim şəriətə uyğun olmadığını dilə gətirən A.Paşazadə Azərbaycan xalqını Aşura günü keçiriləcək qanvermə aksiyasında qan verməyə dəvət edib. Şeyxülislam deyib ki, bu gün Səhiyyə Nazirliyində QMİ nümayəndələrinin də iştirakı ilə qanvermə aksiyasının təşkili ilə bağlı toplantı keçiriləcək.
Onun sözlərinə görə, aksiyanın keçirilməsi üçün məscidlərdə xüsusi yerlər ayrılacaq.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın verdiyi məlumata görə, aksiya “Təzəpir” məscidi, “Hacı Soltanəli” məscidi, “Bibiheybət” məscidi, İçərişəhər “Cümə” məscidi, Qaraçuxur məscidi, “Mirmövsüm Ağa” məscidi, Keşlə qəsəbə məscidi, Sumqayıt şəhər “Cümə” məscidi, Gəncə şəhər “İmamzadə” məscidi, Mingəçevir şəhər “Heydər” məscidi, Şəki şəhər məscidi, Lənkəran şəhər “Böyük Bazar” məscidi, Bərdə şəhər “Cümə” məscidində təşkil olunacaq. Səhər saatlarından başlayaraq Səhiyyə Nazirliyinin briqadaları adları qeyd olunan 13 məsciddə və məscidlərin yaxınlığında yerləşən xəstəxanalarda qan qəbul etmək üçün hazır vəziyyətdə olacaq.
QMİ Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar verdiyi fətvada müsəlmanlara qanvermə aksiyasında iştirak etmək tövsiyə olunub.
Ümid edirik ki, axıdılan nahaq qanlarımız kiminsə dərdinə dərman olacaq.

Bu xəbər oxucular tərəfindən 1893 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |