Şrift:
QHT-lərə Dövlət Dəstəyi Şurasına 1 milyon 340 min manat ayrılıb
26.02.2014 [13:41] - Gündəm, Sosial
Nazirlər Kabineti “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2014-cü il üçün Xərclər Smetası”nı təsdiqləyib.


Yanvarın 1-dən qüvvəyə minən qərara əsasən Şura Katibliyinə 1 milyon 340 min manat vəsait ayrılıb.



Bu vəsaitin 125 150 manatı ştatda olan işçilərin əməkhaqqı, 79 860 manatı ştatdankənar işçilərin əməkhaqqı, 117 040 manat təmsilçilik xərcləri, 158 760 manatı əməyin ödənişi ilə bağlı sair pul xərcləri (80 032 manatı Dövlət Sosial Müdafiə Fonduna ayırmalar) və 896 188 manatı sair xərclər üçün nəzərdə tutulub. Sair xərclərə Dövlət Dəstəyi Şurasının mətbu nəşrlərinin təsis olunması, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların, forumların təşkil edilməsi, üzvlərin bu tədbirlərdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə, işin təşkili ilə əlaqədar xidmət haqlarının, ekspertlərin qonorar xərclərinin ödənilməsi və fəaliyyəti ilə bağlı 343 500 manat məbləğində xərc də daxildir.
Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed