27.02.2014 [03:00] - Gündəm, Sosial
2013-ci ilin fevralında Xocalı faciəsinin 21-ci ildönümü ərəfəsində, İsraildə, 20 əsrin ən dəhşətli və qanlı insan faciəsinə - Xocalı soyqırımına həsr olunan "Justice for Khojaly" sənədli fotosərgisi açıldı. Açılış mərasimi Təl-əviv Universitetinin Diaspor muzeyində keçirilib Heydər Əliyev Fondunun dəstəyi ilə İsrail-Azərbaycan Beynəlxalq Təşkilatı (Aziz) tərəfindən təşkil olunub.
“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasına (“Azİz”) istinadla xəbər verir ki, “Azİz” Beynəlxalq Assosiasiyasının Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil etdiyi “Xocalıya ədalət” sərgisi ötən il İsrailin 10 şəhərini dolaşmışdır. Sərgi ilə minlərlə israilli tanış olmuşdur. Onların arasında faciə barədə məlumatı olanlar da olub, barəsində ilk dəfə eşidənlər də. Buna baxmayaraq, sərgi istisnasız olaraq hər kəsdə silinməz təəssürat oyatmış və bir daha sübut etmişdir ki, mərhəmətin və insanlığın nə milliyyəti, nə də dini vardır.
Dünən Xocalı faciəsinin 22-ci il dönümü ərəfəsində "Justice for Khojaly" kampaniyası Tel-Əviv şəhərində yerləşən Şimon Peres Sülh Mərkəzində keçirildi. Qeyd edək ki bir il ərzində bu sənədli fotosərgi İsrailin 10 əsas mərkəz şəhərlərində təşkil olunmuşdu və bu fotosərgini minlərlə insan seyr edib. Onların arasında faciə barədə məlumatı olanlar da olub, barəsində ilk dəfə eşidənlər də. Buna baxmayaraq, sərgi istisnasız olaraq hər kəsdə silinməz təəssürat oyatmış və bir daha sübut etmişdir ki, mərhəmətin və insanlığın nə milliyyəti, nə də dini vardır.
Sənədli fotosərginin və anım mərasimini İsrailin daxili işlər nazirinin müavini, Knesset üzvü Faina Kirşenbaum, Knessetin Diaspora və Absorbsiya Komissiyasının sədri Yoel Razvozov, Knessetin xarici işlər və təhlükəsizlik komissiyanın üzvü, general Fuad Binyamin Ben Eliezer, deputat Rina Frenkel ziyarət etmişlər. Xüsusi olaraq İsrailə bu anım mərasimində iştirak etmək üçün Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Fuad Muradov səfər etmişdir.
Gecəni “Azİz” Assosiasiyası nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman açmışdır. Salman qeyd etmişdir ki, misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən qorxunc faciələrindən biridir. ”Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri – Xocalı şəhəri bir gecədə yerlə-yeksan edilərək yandırılmışdır. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmamış heç bir xocalıya aman verməmişlər. Erməni silahlı birləşmələrinin əməlləri nəticəsində 613 nəfər qətlə yetirilmiş, 487 adam əlil olmuş, 1275 dinc sakin–qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə məruz qalmışlar”- Salman demişdir.
Sonra “Azİz”in prezidenti Aleks Miller çıxış edərək demişdir: “Bu gün biz bura Xocalı şəhərinin xüsusi amansızlıqla məhv edilmiş dinc sakinlərinin xatirəsini anmağa toplaşmışıq. Dünya bu faciə barədə həqiqəti bilməlidir. Ümidvaram ki, İsraildə bizim, buna bənzər təşkilatların başqa ölkələrdə gördükləri bütün işlər Azərbaycan xalqının ədalətə nail olmasına, sülh və əmin-amanlıq əldə etməsinə kömək edəcəkdir”. A.Miller İsrail və Azərbaycan xalqlarının yaxınlaşması üçün “Azİz” fəallarına minnətdarlığını bildirmişdir. Miller çıxışının sonunda sərgiyə gələnlərin ürək sözlərini yazdıqları “Rəy kitabı”nı təntənəli şəkildə Fuad Muradova təqdim etmişdir.
Çıxışında sərgi təşkil etmək ideyasının necə yarandığını xatırlayan Milli Məclisin deputatı Fuad Muradov Azərbaycanın düşdüyü geosiyasi vəziyyət və həmin vəziyyətin günahsız qurbanları barədə həqiqi informasiyanın dünya xalqlarına çatdırılması üçün mümkün olan hər şeyi etmiş Heydər Əliyev Fondunun, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət” kampaniyasının gördüyü böyük işdən danışmışdır. O demişdir: “Biz heç nə zəbt etməmişik və başqasının heç nəyi bizə lazım deyildir. Ölkədə milyonlarla qaçqın var və onların yaşaması üçün az-çox münasib şərait yaratmağa yalnız bu yaxınlarda nail olmuşuq. Lakin onların hamısı doğma yurd-yuvalarına qayıtmaq istəyir...
Təcavüzkarlıq və zorakılıq Ermənistana yaxşı heç nə verməmişdir. Bu gün bu respublika müflisləşmək həddindədir. Biz erməni xalqının pisliyini istəmirik. Ona yalnız yaxşılıq və əmin-amanlıq arzulayırıq. Lakin korrupsiyaya qurşananlar və təcavüzkarlar Ermənistanda hakimiyyət başında olduqca, xalqın rifahı və Azərbaycan xalqı ilə sülh böyük sual altındadır. Biz dialoqa hazırıq. Lakin bu gün Azərbaycanın və Ermənistanın dinc yanaşı yaşamasında maraqlı olmayan çoxsaylı qüvvələr vardır. Həmin qüvvələr bilməlidirlər ki, Azərbaycan əvvəlki deyildir və yenidən vətəndaşlarının qanının tökülməsinə yol verməyəcəkdir”.
Sonra Litva rejissoru Mindauqas Urbanoviçyusun çəkdiyi “The Endless Korridor” (“Sonsuz dəhliz”) sənədli filmi nümayiş etdirilmişdir.
Gecənin sonunda İsrail Yazıçılar İttifaqının üzvü, şairə Batsion Abramovanın Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şeirləri səslənmiş, həlak olanların ruhuna dualar oxunmuşdur.

Bu xəbər oxucular tərəfindən 909 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |