Şrift:
Təkamülün səhvi
06.12.2011 [12:47] - DAVAMın yazıları
Kainat - qalaktikalar, ulduzxlar, planetlər, peyklər, astroidlər, yaradılıb. Hamısı cazibə ilə, dəqiq bir qanun əsasında, dəstə-dəstə hərlənib, bir-birlərindən uzaqlaşarkən tamaşa doğurdan da gözəl idi. Əgər O var idisə, əlbəttə, Onun üçün. Yoxsa, bu elemntdar hissəciklər toplusu olan nəhəng odlu şarlar və elementlər toplusu olan böyük-kiçik daş qayalar, odlu qaz və soyuq materiya parçaları olmaqdan başqa hansı xüsusiyyətləri vardı? Heç bir. Başqa heç bir xüsusiyyət yox idi, onların xaotik deyil, cazibə və mərkəzdənqaçma xüsusiyyətləri, xüsusən cazibə məndə çox təəccüb doğurur. Bu cazibə necə əmələ gəlib?

Elementlərin “kərpic”lərinə - atomlardan başlamış nəhəng kütlələrə xas olan bu qəribə xüsusiyyət çox zəruri idi. Öz-özündən əmələ gələn zərurət? Bu ağla sığmır. Kainatda bütün qayda-qanunların əsasında duran cazibə xüsusiyyəti- böyüyün kiçikləri, çox güclü, rəfedilməz şəkildə cəlb etməsi materiyanın yeganə sual doğuran, izaholunmaz cəhəti idi.
Lakin bu halda da planet, ulduz və qalakitkaların varlığı uzun müddətə olsa da müəyyən hədd daşıyır. Kainatda yüz milyardlarla qalaktika var. Və onlar müxtəlif növ ulduzlar şəklində hərəsi öz oxu və ümumi mərkəz ətrafında fırlanıb saysız enerji və işıqlarını sonsuz boşluqlara səpirlər.
Vəssalam. Hər şey bundan ibarətdir. Ulduzlar, planetlər və onların üstündəki soyuq daşlar, qayalar, kəsəklər əslində yox kimidir. Olmaları ilə olmamaları arasında heç bir fərq yox idi. Nə həyat, nə də ölüm var idi. Bunlar haqqında heç anlayış belə yox idi.
Kainat yaranmışdı, lakin elə bil yaranmamışdı. Onun yaranması ilə, varlığı və yoxluğu arasında heç bir fərq yox idi. Onu görən, onun tamaşaçısı yox idi ki, varlığını təsdiq etsin. Ola bilsin ki, o, heç kiminsə görməsi və təsdiqi üçün yaranmamışdı. Onun yaranışında heç bir məna və məqsəd yox idi. Yox idi ki, bunu təsdiq etsin. Ola bilsin ki, o kiminsə görməsi və təsdiqi üçün yaranmamışdı. Onun yaranışında məna və məqsəd yox idi. Elə-belə yaranmışdı. Heç bir əhəmiyyəti də yox idi. Çünki əhəmiyyət kiminçünsə olur. Burda isə kimsə yox idi. Sadəcə, nəsə vardı, vəssalam. Bəs təkamül? Cansız və odlu kürələrin və ya elementlər toplusunun, daşın, çınqılın, qayanın nə təkamülü? Təkamül nədənsə nəyə olur. Burada yalnız “nə” vardı və bir element ara vermədən digərinə çevrilir, nəticədə işıq və istilik əhəmiyyətsiz halda əngin boşluqlara səpilirdi.
Onun mövcudluğunun yalnız həddi, müddəti vardı. Və o müddət başa çatanda heçdən yarandığı kimi yenə heçə çevriləcəkdi. Və bu boyda hadisə, odlu tamaşalar və drama bitəcəkdi. Və heç bir tamaşaçı bunu görməyəcəkdi. Çünki, tamaşaçı yox idi. Daim fırlanan drama vardı. Yer kürəsi də vardı, başqa materiyalar ona bənzər cansız, soyuq və isti kürələr kimi onun bir tərəfində gündüz olanda, digər tərəfində gecə olur və bu gecə-gündüz daim yerini digərinə verirdi.
Lakin nə Günəşə çox yaxın, nə də uzaq olan bu planetdə qəribə bir maddə - su, vardı. O, iki elementin, iki qazın birləşməsindən əmələ gəlmişdi. Hidrogen və oksigen. Bu elementlər bir yerdə nadir hallarda olur. Olanda bol olur. Təkamülün hansı bir dövründəsə Yer kürəsində əmələ gəlmişdi. Amma o, heç vaxt “həyat” adlı fenomenlər fenomeninin anası ola bilməzdi. Əgər bir nadir xüsusiyyəti olmasaydı. Bu xüsusiyyət heç bir element, materiya və maddəyə xas deyildi. Yalnız onun sayəsində materiyanın unikal bir forması olan həyat yarana bilərdi. Bu xüsusiyyət fiziki qanunlara uyğun deyildi və əgər belə isə, o necə və niyə əmələ gəlmişdi? Bu, kənar iradənin varlığını sübut etmirmi? Məsələ burasındadır ki, bütün materiyalar, element və maddələr, maye və qaz, ya maye və bərk, ya da hər üç xüsusiyyətin hər üçünə aiddirlər. Və onların hamısının BƏRK HALI MAYE HALINDAN AĞIRDIR. KAİNATDA YALNIZ SUYUN MAYE HALI BƏRK HALINDAN AĞIRDIR.
Bir daha təkrar edirik, niyə belə? Ona görəmi ki, yalnız bu halda yeni növ materiya - canlı materiya - HƏYAT - son nəticədə isə İNSAN yarana bilərdi. Çünki, hətta soyuqqanlı, canlı məxluqlar belə sıfırdan aşağı olan mühitdə yarana və böyük canlılar şəklində mövcud ola bilməzdilər. Buz qatlarında donmuş nəhəng mamont belə milyon illər beləcə qalır. Çünki onu xarab edəcək mikroblar həmin mühitdə yaşaya bilmir.
Bu hadisə artıq kor təsadüfün ayağına yazıla bilməz. Və həyatın, kənar iradənin məhsulu və sifarişi olduğunu söyləməyə haqq verir. Və həyatın tacı olan insan beyni və insan orqanizmi bütöv bir qalaktikadan qat-qat mürəkkəb və çoxcəhətli olduğuna görə (qalaktikaların bir neçə yüz xüsusiyyəti varsa insanın xüsusiyyətlərinin onu təşkil edən elementlərin sayı isə yüz trilyonlarladır). Buna görə təəccüblü deyildi ki, hətta üç yüz il qabaq böyük Kant belə adi bir tırtılın hər hansı bir qalaktikadan mürəkkəb olduğuna heyrət etmişdir. Hətta Yaradanın belə 4 milyard il gərgin işi sayəsində başa çatmışdır. Və iş başa çatdıqdan sonra o, yaratdığına baxıb birdən-birə ən vacib şeyi unutduğunu və 4 milyard illik zəhmətin hədər getdiyini görərək pərt olub yaratdığına tüpürmüşdür. Unudulan xüsusiyyət isə VİCDAN İDİ!...

Əlisa Nicat
Bu xəbər oxucular tərəfindən 1617 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed