27.02.2014 [11:41] - Gündəm, İdman
1-2 mart 2014-cü il tarixdə Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 44-cü beynəlxalq Qran Pri turniri keçiriləcək. Turnirdə Azərbaycan yığma komandasının 3 qadın və 1 sərbəst güləşçisi iştirak edəcək.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, məşqçi Aslan Ağayevin başçılığı altında Minskə qadın güləşçilərdən Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq) və Nadya Sementsova (69 kq), sərbəst güləşçilərdən Məhəmməd Müslümov (65 kq) yollanacaq.

Bu xəbər oxucular tərəfindən 1064 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |